Azərbaycan hakimiyyətinin Rusiya əleyhinə fəaliyyəti siyasi ekspertlər tərəfindən böyük narahatlıqla qarşılanır. Bu baxımdan
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetinin bugünkü sayında dərc olunan müsahibəsindəki fikirləri də maraq doğurur:
“Rusiyaya qarşı mənasız təbliğatı dayandırmaq lazımdır. Əks halda bunun nəticəsi yaxşı olmayacaq”.
Rusiya-Azərbaycan münasibətlərinin mümkün inkişaf perspektivləri ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrəndik. O, Moderator.az-a açıqlamasında Azərbaycanın hər zaman Rusiya ilə dərin siyasi, iqtisadi əlaqələrinin olduğuna diqqət çəkərək son proseslərin ağrılı nəticələr verə biləcəyini deyib:
“Bilirik ki, Azərbaycan hakimiyyəti Rusiyanın layihəsidir. Amma son zamanlar Azərbaycan hakimiyyəti ilə Rusiya arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur. İqtidarın ağlı olsa, Rusiya ilə normal münasibətlər qurar. Hesab edirəm ki, Azərbaycanda Rusiyaya qarşı olan mənfi münasibət doğru deyil”.
Xəyal Əzizov