Vəkil Aslan İsmayılov mətbuata son müsahibəsində 1 saylı Bakı İstintaq Təcridxanasında nəzərdə tutulan normadan artıq şəxsin saxlandığını iddia edib:
“Bu gün 1 saylı Bakı təcridxanasında normadan iki dəfə artıq insan saxlayırlar. İnsanların hamısını tutub ora doldurmaq nə dərəcədə doğrudur?”.
Mövzunun dəfələrlə gündəmə gəldiyini və saslənən ittihamlarla bağlı qarşı tərəfin bir qayda olaraq susqunluq nümayiş etdirdiyini nəzərə alaraq Moderator.az məsələylə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənib.
Sözügedən ittihamla bağlı əməkdaşımızın sualını cavablandıran Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov Aslan İsmayılovun səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:
“Bakı İstintaq Təcridxanası 2500 nəfər üçün nəzərdə tutulub və hal-hazırda bu təcridxanada saxlananların sayı kimlərinsə iddia etdiyi kimi normadan artıq yox, əksinə nəzərdə tutulan rəqəmdən qat-qat azdır”.
Xəyal