"Bu gün
Əbülfəz bəyin siyasi irsinə mənim münasibətim tənqididir". Moderator.az xəbər
verir ki, bunu Facebook sosial şəbəkəsində Elçibəy hakimiyyəti dövründə yüksək
vəzifə tutmuş, və partiyada onun müavini olmuş, millət vəkili Fazil Mustafa
yazıb.
O
yazıb ki, Elçibəyin tarixə və proseslərə baxışına, ideoloji postulatlarına
yanaşması fərqlidir. "Ancaq onun insanlıq ölçülərinə, siyasət əxlaqına hər
dəfə üz tutacağımıza əmin olduğumu bilirəm. "Mütəfəkkir" heykəlini
yaratmış Rodeden soruşurlar ki, bu möhtəşəm əsəri necə yaratdın? Cavab qısa
olur: Daşı götürüb üzərində artıq olan nəyi varsa yondum. Düşünürəm ki, Əbülfəz
bəy şəxsiyyətini və siyasi irsini hədsiz ideallaşdırmaq istəyənlər əslində onu
ucaltmaqdan daha çox, özlərinə barınmağa kölgəlik axtarırlar. Sadəcə, doğru və
yanlışı ilə onun obrazını təqdim etməkdən faydalı yol görmürəm. Onun obrazından
artıq olan hər şeyi çıxarsanız, sadəcə özünün səmimiyyəti və əxlaq anlayışı ilə
cəmiyyətdə daha çox seviləcəyini və xatırlanacağını görəcəksiniz”, - Fazil
Mustafa əlavə edib.
Xatırladaq
ki, bu gün Əbülfəz Elçibəyin ad günüdür. Yaşasaydı 75 yaşı tamam olacaqdı.