Bizi sosial şəbəkələrdən izləyin:
Noyabrın 16-da Beynəlxalq Miqrasiya Təşkilatı Dövlət Miqrasiya Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirdi.
Moderator.az xəbər verir ki, tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirin məqsədinin miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə ictimaiyyətin diqqətini artırmaq, həmçinin Azərbaycan Respublikası Hökumətinin yaşıllaşdırma və ətraf mühitin qorunması sahəsində göstərdiyi təşəbbüslərə əlavə töhfə verməkdən ibarət olduğunu bildirdilər.
Bakı şəhərinin Səbail rayonundakı “Velopark” ərazisində keçirilən aksiya zamanı təşkilatçı qurumların rəhbərliyi və əməkdaşları 220 zeytun ağacı əkdilər. Beynəlxalq Miqrasiya Təşkilatı bu qəbilədn olan aksiyaları mütəmədi olaraq keçirməyi planlaşdırır.