“Bibiheybətneft” NQÇİ-nin 1-ci mədən ərazisində işçi traktorun altında qalaraq, dünyasını dəyişib.
Moderator.az-ın məlumatına görə, bu haqda Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı özünün facebook profilində yazıb: “İndicə xəbər gəldi ki, “Bibiheybətneft” NQÇİ-nin 1-ci mədən ərazisində işçi traktorun altında qalaraq, həlak olub.Dəqiqləşdirmələr aparırıq”.
Bu dəqiqələrdə isə ARDNŞ məlumatı rəsmən təsdiqləyərək, saytında aşağıdakı məzmunda məlumat yerləşdirib: "İyunun 20-də saat 14.40 radələrində “Neftqaztikinti” Trestinin Xüsusi Texnika İdarəsində 1998-ci ildən borudüzən maşinist işləyən, 1966-cı il təvəllüdlü Əliyev İltifat Kamal oğlu özünün idarə etdiyi TQ-124 markalı borudüzən mexanizmin təkəri altında qalaraq dünyasını dəyişib".
Orxan