İqtisadiyyat
3047
07 Aug 2019 | 22:51

"Neftin qiymətlərinin kəskin azalacağı tədqirdə büdcəyə yenidən baxmaq zərurəti yarana bilər"

Dünya bazarlarında neft sürətlə ucuzlaşır. Bu bizə nə vəd edir?

Dünya bazarlarında neftin qiymətləri sürətlə aşağı düşməkdə davam edir. Bunun nə vaxtsa baş verəcəyini biz dəfələrlə yazmışdıq. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp nəhayət çoxdan hədəfləriyi məqsədinə yetişmək üzrədir.
Amerika Birləşmiş Ştatları ilə Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni, dah gərgin olacaq növbəti mərhəlləsinə daxil olmağa hazırlaşır. Dünya üzrə Ümumi Daxili Məhsulunun 40%-ə yaxınını istehsal edən bu iki nəhəng ölkə arasında gedən və getdikcə daha da dərinləşən müharibə beynəlxalq iqtisadiyyata ciddi zərbə vurmaqdadır. Bu ilin sentyabr ayından ABŞ-n Çin məhsullarının idxalına tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar isə dünya iqtisadiyyatına daha ciddi zərbə vura biləcək. Dünya bazarlarında neftin qiymətlərinin kritik 60 dollar səviyyəsindən aşğı düşərək, bu sətirləri yazarkən, bir barel üçün 56 dollar 30 sent ətrafında olması da dediklərimiziə əyani sübutdur. İki nəhəng arasında ticarət müharibəsinin yeni mərhəlləsinin bu ilin sentyabr ayından başlayacağına baxmayaraq, dünya iqtisadiyyatı inkişaf templərinin aşağı düşəcəyinin qaçılmaz olacağına indidən öz münasibətini bildirir. Bu templər aşağı düşəcəksə, deməli iqtisadiyyatın nüvəsi olan neftə tələbat da azalacaq. Bu səbəbdən də neftin qiymətlərinin sentyabr ayına qədər davamlı azalması inandırıcı görünür. Əgər sentyabr ayına qədər OPEK neftin hasilatını azaltmaqla bağlı ekstrimal bir qərar qəbul etməyə qadir olmasa, o halda qiymətlərin 40 dollar və bundan da aşağı bir səviyyəyə düşməsi mümkündür.xa0
Bütün bu baş verənlər fonunda Çin yuanisinin dəyər itirməsi gözlənilən idi. Yuani son iki həftədə 5%-ə qədər ucuzlaşıb, bu ilin mart ayından isə Çinin milli valyutası ABŞ – Çin ticarət müharibəsi hesabına 7%-ə qədər dəyər itirib. Yuanın belə sürətlə ucuzlaşması Çin müəsissələrnin aktivlərinin kəskin ucuzlaşmasına yol açır. İki dünya nəhəngi arasında baş verən ticarət müharibəsi digər ölkələrin də iqtisadiyyatına və maliyyə durumuna təsirsiz ötüşməyəcək. Əgər bu gün dünyada hər gün 100 milyon bareldən çox neft istehlak edilirsə, onun dəyərinin bir neçə dollar aşağı düşməsinin hansı itkilərə gətirdiyini hesablamaq bir o qədər də çətin olmaz.xa0
Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin bir bareli üçün 60 dollar müəyyən olunub. Neftin qiymətlərinin kəskin azalacağı tədqirdə büdcəyə yenidən baxmaq zərurəti yarana bilər. Bir sözlə, neft ölkəsi kimi bizim üçün neftin qiymətlərinin aşağı düşməsi heç arzu olunan deyil. Bu qiymətlər 2014 -2015-ci illərdə kəskin azaldıqda milli valyutamız iki dəfədən çox dəyər itirdi. Bank sektorumuz və xarici valyutada kreditlər götürmüş iş adamlarımız isə bu zərbədən hələ özlərinə gələ bilməyiblər.

Fikrət Yusifov,xa0
Keçmiş maliyyə naziri, iqtisadçı professor
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər