“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
Gündəm
4979
23 May 2019 | 16:38

“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”

“Qarabağ münaqişəsinə cəlb edilməsi Ermənistanın inteqrasiya layihələrində iştirakına və ölkənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinə mane olmur”. 

Moderator.az xəbər verir ki, bu gözlənilməz fikri Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı Almatıda başlayan 16-cı Avrasiya Media Forumunda səsləndirib.  Avrasiya Media Forumu "De-qloballaşma: dünya yeni inkişaf modelləri axtarışında" şüarı altında keçirilir. 

Sarkisyan bildirib ki, Qarabağla bağlı danışıqlar prosesi ən yüksək səviyyədə: Ermənistanın Baş naziri və Azərbaycan prezidenti arasında aparılır. O qeyd edib ki, bu münaqişənin mövcudluğu Ermənistanın beynəlxalq layihələrdə iştirakına  mane olmur. Misal olaraq işğalçı ölkə prezidenti Ermənistanın İpək Yolu layihəsinə maraq göstərməsi və həmçinin, Çin tərəfi ilə danışıqlar barədə məlumat verib.

P.S. Əlbəttə, mane olmaz: Ermənistana Rusiya dəstək verir, ABŞ, Avropa dəstək verir, İran dəstək verir, bir sıra ərəb ölkləri dəstək verir. Və ən başlıcası, Azərbaycandakı ermənipərəst korrupsioner şəbəkə... Bu şəbəkə Azərbaycanın inkişafına hərtərəfli zərbə vurmaqla dolayısıyla, bəlkə də birbaşa  işğalçı ölkəni qidalandırır və arxayın salır...

Sultan Laçın

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər