Xocalı qətliamına bir qınaq da Türk Dünyası Parlament Birliyindən gəldi
Cəmiyyət
1416
25 Feb 2019 | 20:01

Xocalı qətliamına bir qınaq da Türk Dünyası Parlament Birliyindən gəldi

Xocalı Qırğınına bir qınaq da Türk Dünyası Parlament Birliyindən gəldi.

İttifaqın Ankaradakı Mərkəzində keçirilən mətbuat konfransında, Ermənilərin törətdiyi Xocalı qətliamı lənətlənib, "Qardaş Azərbaycanın böyük kədərini bölüşür və bu ağrını bütün varlığıyla ürəyimizdə hiss edirik " deyilib.

Türk Dünyası Parlamenti İttifaqının Sədri Nail Çələbi, Xocalı qatillərinin, bu qətliama göz yumanların eynilə, Srebzenitsada olduğu kimi mühakimə olunmalarını istədi.

Çələbi, beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa və Xocalı qətliamını lənətləməyə dəvət edib.

Azərbaycan torpaqlarının hələ də yüzdə 20-nin Ermənistan işğalı altında olduğunu vurğulayan Çələbi, Birləşmiş Millətlərin etdiyi 4 qətnaməyə baxmayaraq, işğalın davam etdiyini bildirib.

Azərbaycanın torpaqlarını geri almaq gücünə malik olduğunu bildirən Nail Çələbi ATƏT-in MİNSK Qrupunu çozüm üçün vəzifəyə çağırdı.

Çələbi;

AGİT "MİNSK Qrupu ya vəzifəsini bir an əvvəl etsin, ya da ləğv edilsin" - dedi.

Artıq Azərbaycanın səbri tükənir, - deyən Sədr Nail Çələbi;

"Dünyaya buradan bir daha müraciət edirəm.

Ermənistan, Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalıdır. Beynəlxalq birlik, ATƏT və BMT bölgədə yeni əzablar, faciələr baş verməsini istəmirsə Ermənistanı yola gətirməlidir.

Türk dövləti, milləti, qeyri-hökumət təşkilatları və Türk Dünyası Parlament Birliyi olaraq qardaş Azərbaycanın yanındayıq. Haqlı davasında Can Azərbaycanı heç vaxt tək qoymayacağıq. Bunu bütün dünya bilməlidir. Biz Türklərin və vicdanı olan insanların ürəyi yalnız bu gün deyil 27 ildir Xocalı üçün döyünür, artıq səbrimizi daşırmayın " deyə bildirdi.

Daha sonra Xocalı qətliamını izah edən film izləndi. Azərbaycanlı Jurnalist Ülkər Piriyevanın hazırladığı Xocalı Şeiri oxundu.

Xocalıda bundan 27 il əvvəl dram, vəhşilik, qırğın və tam bir soyqırım baş vermişdi.

63-ü uşaq.

106-sı qadın.

70-i yaşlı. Tam 613 nəfər Ermənilər tərəfindən qətlə yetirilmişdi.

Böyük Ermənistan xəyali arxasınca qaçan Ermənilər üçün 7 min əhalili Xocalı hərbi baxımdan strateji əhəmiyyətə malik idi.

Aylar öncə başlanılan mühasirənin ardından 26 Fevral 1992-ci ilin gecəsi əvvəl 366-cı Rus alayı, sonra Yüzlərlə Erməni əsgər Xocalını basıb qırğın törətdi.

Erməni zülmündən qaçmaq istəyən Xocalıları gözləyən tələ, tam bir vəhşiliyə çevrilmişdi.

Evlər yandırılıb.

Xocalıların baş dəriləri üzülmüş.

Hamilə qadınların qarınları deşilmişdi.

Geridə qadın, uşaq, qoca düz 613 məsum Türkün cəsədi və yüzlərlə yaralı qalmışdı..

Xocalı O gündən bu yana Müsəlman hər bir Türkün qanayan yarası olub.

Ülkər Piriyeva-JUHİ
ANKARA
Link kopyalandı!
Son xəbərlər