Erməni yazıçısının “soyqırım qurbanlarına xatirə” kampaniyasına kilsə də qoşuldu
Gündəm
2708
25 Jan 2019 | 16:27

Erməni yazıçısının “soyqırım qurbanlarına xatirə” kampaniyasına kilsə də qoşuldu

Amerikada yaşayan erməni yazıçısı Anna Astvatsaturian Turcottenin 1990-cı ilin yanvarında guya Bakıda qətlə yetirilən ermənilərin xatirəsinə süni meşə salmaqla bağlı başlatdığı kampaniyaya kilsə də qoşulub.

Moderator.az xəbər verir ki, bu barədə erməni yazıçısı sosial şəbəkədəki açıqlamasında məlumat verib. Anna Astvatsaturian Turcotte kilsə tərəfindən verilən dəstəklə bağlı məmnunluğunu dilə gətirib. Bütövlükdə isə 6 günə 6 min dollara yaxın vəsait əldə edən erməni yazıçısı kampaniyanın gedişindən elə də razı deyil. Erməni yazıçısı hesab edir ki, dünya erməniləri bu yöndə səylərini genişləndirməli, daha böyük vəsaitlərlə bu kampaniyay dəstk verməlidir.

Xatırladaq ki, son bir aydır ki, Ermənistan və dünyadakı erməni diasporu Azərbyacana yönəlik böhtan xarakterli yeni bir kampaniyaya start verib. 1990-cı ilin yanvarında Bakıda ermənilərin kütləvi şəkildə təzyiq və zorakılığa məruz qalması ilə bağlı heç bir əsası olmayan təbliğat kampaniyası aparan ermənilər, medianın da köməyi ilə dünya ictimaiyyətini öz yalanlarına inandırmağa çalışır. Baş verənlər fonunda Emənistanın Talin şəhərində iki hektarlıq ərazidə meşə zolağı salmaqla bağlı kampaniya keçirən erməni yazıçısı Anna Astvatsaturian Turcotte bütün erməniləri bu kampaniyada fəal iştirak etməyə səsləməkdədir.

Bir sözlə, görünən odur ki, türk dünyasına qarşı tarix boyu dəfələrlə bir-birindən dəhşətli qətliamlar törədən ermənilər, Azərbaycan və Türkiyənin səylərinə baxmayaraq, hələ də dünyanı öz yalanlarına inandırmaqda, media və sosial şəbəkələri öz böhtanlarına alət etməkdədir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər