Azərbaycanda yeni gənc dramaturqlar nəslinin yetişməməsi, bu janrın nəsr və poeziyadan hansı səbəbdən geridə qalmasına münasibət bildirən yazıçı, dramaturq Əli Əmirli bu fikirlə heç də razı olmadığını, günümüzdə kifayət qədər gənc dramaturqlar yetişməkdə olduğunu bildirib.
O,
Moderator.az-a açıqlamasında öncə çağdaş Azərbaycan dramaturgiyasını, gənc dramaturqları xarakterizə edib:
“Bu yaxınlarda mən Səda Teatrında Qan Turalının Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Hərə bir qəhrəman oldu”xa0 əsərinə baxdım. Tamaşanın premyerası Rus Dram Teatrında baş tutdu. Çox gözəl bir tamaşa keçdi, anşlaqla. Təranə Vahidin Əbdül Qəninin rejissorluğu ilə “Quş dili” əsəri YUĞ Teatrında tamaşaya qoyulub, Cavid Zeynallının Əhməd Cavadın həyat yoldaşı Şükriyyə haqqında çox gözəl pyesi var. “Azərbaycan” jurnalında çap olunub. “Tanrı quşu gəlmədi” Teatr.az saytında və“Azərbaycan” jurnalında pyesləri çap olunub. Gənc Tamaşaçılarxa0 Teatrında Sevinc Elsevərin “Ürəyində arzu tut” əsəri oynanılıb və kifayət qədər də yaxşı qarşılanıb. Pərvinin “Sonuncu” adlı tamaşası YUĞxa0 Teatrında səhnələşdirilib. Onun Gənc Tamaşaçılar Teatrında bir neçə uşaq tamaşaları da oynanılır.xa0
Ülviyyə Heydərovanın pyesləri artıq Almaniyada diqqəti cəlb edib. Onu ora seminara da dəvət etmişdilər. Mehman Musabəylinin “Toy səyahəti” əsəri hazırda Lənkəranda tamaşaya hazırlanır. İlqar Fəhminin “Şokolad market” tamaşası atrıq səhnədədir. İsmayıl İmanovun əsəri əsasında Tərlan Rəsulovun “Limbo” adlı tamaşası Xalça Muzeyində tamaşaya qoyuldu. Köçkünlərin problemi ilə bağlı, açıq bir tamaşa idi, çox maraqlı idi. Çox bəyəndim.xa0
İlqar Fəhminin artıq bir neçə pyesi var ki, Mingəçevir teatrında tamaşaya qoyulub, hazırda Gənc Tamaşaçılarxa0 Teatrında səhnləşdiriləcəkəsəri var. Bəhram Osmanov onun üzərində işləyir. “Azərbaycan” jurnalında həmin pyes çap olunub. Görürsünüz, artıq nə qədər gənc dramaturqun adını çəkmişəmvə bu adamların əsərləri getdikcə böyük səhnələrə yol tapacaq. Yəni daha yaxşı olacaq”.xa0
“Teatrdan kənar jurnalistlər və ədəbiyyat adamlarının prosesdən xəbərləri yoxdur”
Ə.Əmirlixa0 çağdaş Azərbaycan dramaturgiyasının, teatrının inkişafı üçün xeyli işlər görüldüyünü, sadəcə, prosesləri izləməyin lazım gəldiyini bildirir:
“Aydın məsələdir ki, gənc nəsil yetişir. Doğrudur, müəyyən vaxtdaxa0 durğunluq var idi. Gənc tamaşaçıların teatra yeni nəfəsin, yeni adın gəlməsində bir qədər durğunluqxa0 yaşanırdı. Amma indi son dövrlərdə görürəm ki, bir-birinin ardınca gənc yazıçılar, dramaturqlar əmələ gəlir, pyeslər yazılır.Teatr Xadimləri İttifaqında məşhur kino-dramaturq Ramiz Fətəliyevin rəhbərliyi ilə dramaturgiya seksiyası fəaliyyət göstərir.Hesab edirəm ki, gənc dramaturqlar yetişir və çox yaxın vaxtlarda biz böyük səhnələrdə, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılarxa0 Teatrının səhnəsində, Musiqilixa0 Teatrın səhnəsində onların əsərlərini görəcəyik. Mən buna 100 faiz əminəm. Sadəcə, teatrdan bir qədər kənar jurnalistlər, tamaşaçılar, ədəbiyyat adamlarının sadəcə, prosesdən xəbərləri yoxdur”.xa0
“Teatrların özlərindəxa0 gənc dramaturqlarla münasibətxa0 zəifdir”
Ə.Əmirli bütün bunlarla yanaşı, gənc dramaturqların da üzərinə düşdüyü bəzi məsuliyyətlərdən söz açıb:
Məsələ onda deyil ki, gənc yazıçının əsəri mütləq Akademik Milli Dram Teatrında oynanılsın və biz onu görək. Yenə də deyirəm, müxtəlif səhnələr var, rayon teatrları var.Orada onların əsərləri oynanılır və sizə deyim ki, yaxşı əsərlər, yaxşı tamaşalar da var. Elələrixa0 var ki, mənə göndərirlər, oxuyuram, tanış oluram, onlar mətbuatda çap olunur, amma teatr səhnəsinə hələ gəlib çıxmayıb. Bu teatrların özlərində gənc dramaturqlarla münasibət zəifdir, onlar özləri teatra müraciət etmirlər. Ya cəsarət etmirlər, ya inanmırlar. Burada dramaturqun özündən çox şey asılıdır. O, özünü tanıtdırmağı bacarmalıdır. Teatrlara müraciət etməli, əsərlərini özləri teatra təqdim eləməlidir. O zaman teatrların da xəbəri olacaq. Hər bir dramaturq öz rejissorunu tapmalıdır. Öz rejissorunu tapanda onunla birlikdə işləyir. Hətta teatrdan kənarda bir yerdə işləyirlər, əsəri ərsəyə gətirirlər. Əsəri normal vəziyyətə salandan sonra artıq teatra təqdim olunur və tamaşaya qoyulur. Biz özümüz bu yollardan keçmişik. 30 ildir, dramaturgiya ilə məşğul oluram. Bu 30 ildə 30-dan yuxarı əsərim oynanıb.
Əsəribirdən-birə gətiribxa0 təqdim edəndə,xa0 teatr ona qucaq açmır,risk etmir. Axı pul qoyur,xa0 tamaşanı hazırlayır,böyük kollektiv onun üzərində işləyir. Gərək,xa0 teatr tam əmin olsun ki, bu tamaşa tamaşaçılar tərəfindən qəbul olunacaq, kassaya gəlir gələcək, bilet satılacaq, tamaşaçı tamaşadan yarımçıq durub getməyəcək. Yəni, bütün bunları eləmək üçün teatr da risk eləmək istəmir. Tam əmin olandan sonra əsəri qəbul edir. Yəni,xa0 bu mənada gənc dramaturqlardan fəallıq, inadkarlıq tələb olunur. Əgər o, həqiqətən dramaturq olmaq istəyirsə, teatrı sevirsə, mütləq bu işin dalınca gedəcək. Epizodik xarakterdə olacaqsa, onda ondan dramaturq olmaz. Teatrı bütöv sevmək lazımdır. Öz həyatını yaradıcılığını teatra tam həsr etmək lazımdır, əgər həqiqi dramaturq olmaq istəyirsənsə ...”
Ülviyyə Qarayeva