Bizi sosial şəbəkələrdən izləyin:
Yəqin ki, bir çoxlarıxa0 gün ərzində bir neçə stəkan su içməyin vacibliyixa0 haqqındaxa0 eşidib. Bu, sözsüz ki, faydalı adətdir. Lakin soyuq suyun ilıq su ilə əvəzlənməsi daha yaxşıdır.
Həzm sisteminə təsiri
Moderator.az faktxeber.com-a istinadən bildirir ki, soyuq su qidada olan yağların bərkiməsinə səbəb olur, bu da həzmi gecikdirir.
İlıq su isə əksinə, qidanın daha tez həzm olunmasına səbəb olur. Bu onun orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, həmçinin köpdən xilas edir.
Tənəffüsxa0 sisteminə təsiri
Soyuq su selik toplanmasına səbəb olur. Bu tənəffüs sistemininxa0 infeksiya riskini artırır və boğazın iltihablanması ilə nəticələnə bilər.
İlıq suda bunun əksini göstərir: boğazı yumşaldır və qıcığı aradan götürür. Bu həm tənəffüs yolu xəstəlikləri zamanı, həm də sadəcə səhər susuzlucun öhdəsindən gəlmək üçün faydalıdır.
Qan dövranı sisteminə təsiri
Soyuq su qan damarlarınınxa0 qurumasına səbəb olur.
İsti su içdikdəxa0 damarlar genişlənir, nəticədə qan dövranı, həmçinin orqan və toxumalarda qan təchizi yaxşılaşır. Bunun sayəsində orqanizm toksinlərdən qurtulur.
Sinir sisteminə təsiri
Aşağı temperaturxa0 baş ağrılarını yaradan əsas faktorlarından biridir. Araşdırmalar göstərib ki, soyuq su oxşar effektlərə malikdir və miqren xəstəliklərindən əziyyət çəkənlərə mənfi təsir göstərə bilər.
İsti su isə, əksinə, ağrını azaldır. Xüsusən spazmlardan qurtulmağa yardım edir.