“Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır”
İqtisadiyyat
2527
17 Dec 2018 | 20:08

“Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır”

Yeni il yaxınlaşdıqca ərzaq məhsullarının qiymətinin qalxa biləcəyi ilə bağlı ehtimallar da artmaqdadır.

Yeni il öncəsi qiymət artımının baş verməsi gözləniləndirmi? Bu qiymət artımı obyektiv, yoxsa subyektiv səbəblərdən irəli gəlir?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bayram öncəsi bahalaşmaların bundan öncə də müşahidə edildiyinə diqqət çəkdi:

“Bayram öncəsi qiymət artımı demək olar ki, həmişə müşahidə olunur. Novruz bayramında da, Yeni ildə də bu cür qiymət artımları olur. Bu, obyektiv yox, subyektiv səbəblərdən qaynaqlanan bu haldır. Sahibkarlar imkan olan kimi qiymətləri qaldırırlar və bu qiymətlər bayramdan sonra da aşağı düşmür. Qiymət tənzimlənməsi bir növ xaotik şəkildə həyata keçirilir. Düzdür, bazar iqtsiadiyyatında qiymətlər tənzimlənmir. Müəyyən strateji əhəmiyyətli məhsulların qiymətindən başqa, qalan məhsulların qiymətini bazar müəyyən edir. Amma təbii ki, müəyyən qədər bu sahəyə diqqəti artırmaq lazımdır. Xüsusilə ərzaq, geyim, dərman məhsullarının qiymətinə nəzarət etmək lazımdır ki, burada qiymət artımı obyektiv olsun. Təəssüf ki, bu gün subyektiv amillərədn doğan qiymət artımı var”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər