“Mayın 18-də gecə MN əməkdaşlarının ardınca Laçını tərk etməli olduq...” - Qərargah rəisinin gündəliyindən
Reportaj
25125
17 May 2018 | 13:10

“Mayın 18-də gecə MN əməkdaşlarının ardınca Laçını tərk etməli olduq...” - Qərargah rəisinin gündəliyindən

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm dəxa0 onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi.xa0 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi, artıq Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin (“QRU”) agenti olduğunu indiki və keçmiş dövlət rəhbərliyinə etiraf etmişxa0 general Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovun ixtiyarına buraxılır...xa0 Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....


Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...
Moderator.az 1992-ci il mayın 1-dən 18-dək Laçında baş verənləri 811 saylı hərbi hissənin- Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyevin gündəlik və xatirələri əsasında nəzərinizə çatdırır.
“Körpünü keçərkən “Qrad” maşınımızı vurdular...”
(Materialın əvvəlki hissələri üçün bu linkə baxın://www.moderator.az/news/225431.html)
xa0“...Mayın 17-də Ermənistanla sərhəddəki 29-30-cu postlarda güclü döyüş gedirdi. Ermənilərdən tutulan radio-danışıqlardaxa0 onlar yenə də Qayğı qəsəbəsindən keçən yolu bağlaya bilmədiklərini etiraf edirdilər...
xa0
...Səhər saatlarında qərargah ərazisindəki əsgərlərxa0 arasında çaşqınlıq yaşandığını hiss etdim... Sınıq güzgünü pəncərənin qarşısına qoyub üzümü qırxmağa basladım.xa0 Bu vaxt rəhmətlik kəşfiyyat rəisimiz, şəhid kapitan Vaqif Salmanov həyəcanlı halda içəri girdi. Mənə baxib sakitləşdi və pəncərəni açıb bayirdakılara dedi ki, narahat olmayın,xa0 qərargah rəisi Nağıyev üzünü qırxır...¦xa0
Qərargahın həyətində yararsız halda “UAZ”x9d markalı avtomobil və artıq hərəkəti mümkün olmayan rabitə maşını vardı. Maşının içərisindəki lazımlı avadanlıqlar götürülərək yandırıldı. Laçın dağında da döyüş gedirdi. Amma Mərkiz yüksəkliyindəkixa0 “Qrad”ımız nədənsə susurdu.xa0 Orucovçulardan məcburənxa0 ayırıb saxladığımız artilleriya zabiti Qridasovla rabitə əlaqəmiz kəsilmişdi. Odur ki,xa0 komandir Arif Paşayev özü Mərkizə qalxası oldu...¦xa0


...Şuşanın Qaladərəsi kəndi istiqamətindəki kəşfiyyat bölüyümüz də müdafiə mövqeyi tutmuşdu. Bölükdə İsmayıllının Basqal kəndindən olan Şirzad Rəcəbovun rolu çox böyük oldu. Ümumiyyətlə, qeyd edim ki, ermənilərlə qarşıdurmalar başlayan ilk günlərdən basqallılar Laçın camaatına maddi, mənəvi, fiziki cəhətdənxa0 çox dəstək oldular...xa0

Mayın 17-18-də Müdafiə Nazirliyi Əməliyyat Idarəsinin rəisi polkovnik Rüfət Əmirov və idarənin zabiti polkovnik-leytenant Məhərrəm Cahangirov da bizimlə idilər... Hər ikisi savadlı və qorxmaz zabitlər idi. Onlar son imkanadək bizimlə birgə Laçın rayon mərkəzində qaldılar. Bütün yaşanan dəhşətlər onların gözləri qarşısında baş verib…

Qaranlıq düşənə yaxın Laçın dağ silsiləsindəki Yevlax və Göyçaydan olan qüvvələr düşmən hücumuna tab gətirə bilməyibxa0 Şuşa yolundakı yanacaq doldurmaxa0 stansiyası tərəfdənxa0 Qubadlı istiqamətinə qaçmağa başladılar...¦xa0


Axşam saat 19-20 radələrində Laçın Yuxarı Laçın kəndi ve 2 saylı şəhər orta məktəbinin yuxarısından kiçik çapli silah ve qumbaraatanlardan atəşə tutulmağa başladı. Elə bu vaxt rayon mərkəzində gözlənilmədən işıqlar yandi. Təxminən 5 gündən çox idi, işıqlar yanmırdı. Birdən-birə mayın 17-də- Laçında olduğumuz son gündə işıqların yanması müəmmalı idi. Hətta küçə işıqları da yanırdı.xa0 Odur ki, alay qüvvələrininxa0 şəhərdə işıq altında yerdəyişmələri çətinləşirdi. Yəni düşmən işıqda bizləri görən kimi atəşə tuturdu. Buna baxmayaraq hələki bizim mümkün müqavimətimiz sayəsində irəli gələ bilmirdilər...

Mən qərargaha qayıtdım... MN zabitləri R.Əmirov və M.Cahangirov qərargahda idilər. Onlarla vəziyyəti qiymətləndirdikdən sonra Ermənistanla sərhəddə qalan əsgərlərimiz barədə onlaraxa0 məlumat verdim. Polkovnik R.Əmirovun göstərişi ilə 29-30-cu postlarda olan döyüşçülərə qaz xətti boyunca Tikanlı zəmi istiqamətinə çıxmaları xəbəri göndərildi...

Gecə saat 10-11 radələrində Laçın dağ silsiləsindən ara-sıra atəş səsləri gəlirdi. Artıq vəziyyət çox ağır idi...¦xa0 Bu dəhşətləri yalnız həmin tarixlərdə orda olub, onu yaşayanlar bilir. 3-5 gun öncə Laçını tərk edənlər bunu bilməzlər..¦. Gücümüz tamamilə tükənmişdi. ...Ermənistan tərəfdən artilleriya atəşləru kəsilsə də, şəhərin yuxarı hissəsindən atəş davam edirdi. Gecə yarı Yuxarı Laçın kəndində bir neçə ev yanmağa başladı. Ermənilər artıq Yuxarı Laçına girmişdilər.....Qaranlıqda şəhərin başından ermənilərxa0 tək -tək evləri qumbaraatanlarla vururdular...xa0

Polkovnik Rüfət Əmirov mənə dedi ki, qərargah rəisi kimi qərar qəbul et. Cavab verdim ki, siz burda ola-ola qərar qəbul etmək mənə düşməz... Orucovun qərargahdakı “Zil”x9d maşınını 29 və 30-cu postlara göndərdik ki, oradakı qüvvələrimizi çıxarsın.xa0 Həmin postlardakı qüvvələrimizin bir qismixa0 artıqxa0 Zabuxxa0 kəndindən qaz kəməri boyu Ağanus istiqamətinə çıxmışdılar. Laçın dağından ermənilər şəhəri avtomat, pulemyot və qumbaraatanlardan atəşə tuturdular. Şəhərin aşağı hissəsi isə Ermənistan tərəfdən artilleriya atəşinə məruz qalırdı. Sanki Laçına göydən alov yağırdı...xa0
Mayın 17-i gecə saat 1-2 radələrində atəş səsləri kəsildi. Xəbər gətirdilər ki, Ağanus yolunda yuk maşını vurulub yanır, Tavan evi körpüsünə yaxın yerdə tank vurulub yoldan çıxıb. Artıq vəziyyət kritik idi. Başda Rüfət Əmirov olmaqla Müdafiə Nazirliyinin əməkdaşlarıxa0 bizdən öncə, biz isə onların ardıncaxa0 Laçını tərk etməyə məcbur olduq...¦xa0

Mühasirədən böyük çətinliklə çıxdıq. ¦Körpünu keçəndən sonra “Qrad”x9d maşınımızı vurdular. Maşın yoldan çıxıb dərəyə düşdü. Bir əsgərimiz şəhid oldu, sürücümüz Yaşar Ramazanov isəxa0 ağır yaralandı(Allah hər ikisinə rəhmət eləsin!). Ağanus kəndi istiqamətindəki kəşfiyyat bölüyümüzxa0 biz çıxanadək döyüşərək ermənilərin Qubadlı yolunu bağlamasınaxa0 imkan vermədi. Bu minvalla səhərə yaxınxa0 Qubadlı istiqamətindəkixa0 Tikanli Zəmi ərazisinəxa0 gəlib çıxdıq... Bizim qüvvələrimizdən orada hələ qalanlar var idi...”¦

(Davamı var)

Təqdim etdi: Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər