ABŞ-ın Qlendeyl şəhərində  “ARTSAX” PROSPEKTİ AÇILDI...
Gündəm
3601
14 Mar 2018 | 15:10

ABŞ-ın Qlendeyl şəhərində “ARTSAX” PROSPEKTİ AÇILDI...

ABŞ Dövlət Departamenti hələ də Azərbaycanın notasına cavab verməyib...

ABŞ-ın Qlendeyl şəhərindəki prospektlərdən  birinə “Artsax” adı verilib. 

Moderator24.com xəbər verir ki, bu haqda işğalçı Ermənistan mediası məlumat yayıb. Şəhər şurasında səsvermənin nəticələrinə əsasən verilmiş qərara uyğun olaraq  Merilend prospektinə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış qurumun şərəfinə “Artsax” adı verilib. 


Amerika Birləşmiş Ştatlarındakı “Ay Data” Ermənistan  Milli  Komitəsinin “Facebook”  səhifəsində bildirildiyi kimi, Qlendeyl şəhər şurasının qərarı yekdilliklə qəbul olunub. Və həmin prospekt bundan sonra Merilend prospekti “Artsax” adlandırılacaq. 


P.S. Ümumiyyətlə, son günlər ABŞ  erməni separatçılığını artıq birbaşa dəstəkləyən mövqe nümayiş etdirir. Xatırladaq ki, bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və üstəlik, ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbirə qatılması barədə xəbər rəsmi Bakının kəskin etirazına səbəb olub. Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ondan izahat tələb olunub. Eyni zamanda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.  

Xəbər yazılarkən mediada XİN mətbuat xidmətinə istinadla yayılmış son məlumatlara görə hələlik nə Dövlət Departamenti, nə də ABŞ-ın Azərbaycandakı səfirliyindən notaya cavab verilməyib. Üstəlik,  Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan bu gün- 14 martda ABŞ-ın Kapitoli təpəsində, yəni Konqresdə  “”Konqresdə qəbul” adlı tədbirdə çıxış edəcəyi və həm də  mükafatlandırılacağı gözlənilir...

Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər