Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıdacağını bəyan edib.

Saakaşvili Ukrayna televiziyasına verdiyi müsahibədə ölkəyə qayıtmaq üçün yollar axtardığını deyib.

"Təbii ki, mən Ukraynaya qayıdacam, mən bunu necə etməyin yollarını tapacam"-deyə Saakaşvili əlavə edib.

Siyasətçi Ukraynaya qayıtmaq üçün qanuni yollar axtaracağını əlavə edib.

Qeyd edək ki, 13 fevral tarixində Saakaşvili Ukraynadan Polşaya deportasiya edilib.(ölkə.az)