xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0xa0
xa0Yeni nəşrə hazırladığım “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası(sovet dövrü:1920-1991)”x9d kitabımda Azərbaycanda mövcud olmuş gizli təşkilatlar,dissidentlər,”x9dsamizdatlar”x9d haqqında arxiv materialları əsasında maraqlı məlumatlar verilib.Həmin kitabdan “Asif Ata-“Ocaq”x9d bölümünü oxuculara təqdim edirəm.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Tərcümeyi halı- Asifxa0 Ata (Əfəndiyev Asif Qasım oğlu) 1935-ci ildə sentybarın 25-də Qazax mahalının Qaraqoyunlu elində Çaykəndxa0 kəndində doğulub.xa0
O, 1951-ci ildə orta məktəbi bitirib və elə həmin ildə də ADU-nun filologiya fakultəsinə daxil olub.1952-ci ildə M. Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunda təhsil almağa göndərilib.
1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Asif Ata Yeni İnam yaratmaq qətiyyəti ilə Azərbaycana qayıdır. 1959-cu ildən başlayaraq Rus Dili və Ədəbiyyatı İnstitutunda Qərb ədəbiyyatı müəllimi işləyir. 1959-cu ilin noyabrında “Literaturnıyxa0 Azerbaydjan”x9dxa0 jurnalında çap olunan “Tənqid və zaman”x9d məqaləsindən sonra Asif Ata təqiblərə məruz qalır, işdən çıxarılır, 1968-ci ilə qədər çap olunmaq imkanından məhrum edilir.
1976-cı ildə Asif Atanın “Müdriklikxa0 səlahiyyəti”x9d kitabı çap olunur. Elə həmin ildən etibarən o, ADU-da (indiki BDU) - red.) estetika müəllimi işləyir və orada “Etik və estetik mənəvi tərbiyə klubu”x9dxa0 yaradır. Asif Ata ocağının ilk ideyaları burada səslənməyə başlayır və klub yüzlərlə insanın sevimlisinə çevrilir. 1979-cu ildə universitet rəhbərliyi Asif Ataya klubun tədbirlərini keçirməyə icazə vermir və Asif Ata klubu respublika “Bilik”x9d Cəmiyyətinə köçürməli olur. Klub burada “klub”x9d yox, “Ocaq”x9d adlandırılır. Asif Ata isə “sədr”x9d yox, “Ata”x9d çağrılmağa başlayır.
Tezliklə Asif Ata, onun “Ocağ”x9dı DTK tərəfindən təqib olunmağa başlayır. 1982-ci ildə o, “antimarksist, antisovet, revizionist, antikommunist, pantürkist, klerikalist, anarxist, faşist”x9dxa0 adlandırılaraq işdən, partiyadan çıxarılır, ailəsi dağılır, elmi dərəcəsinin və elmi adının alınması barədə Ali Attestasiya Komissiyasına müraciət edilir. 1991-ci ildə o, Ali Attestasiya Komissiyasına müraciət edərək insani ləyaqətini qorumaq üçün elmi dərəcəsindən və elmi adından imtina edir.xa0
Asif Ata insanlar üçün 45 Müqəddəs kitab, saysız-hesabsız Söz (Kəlam) qoyub getmişdir.Asif Ata 1997-ci ilin iyun ayının 5-də vəfat edib.xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
“ESTETİKxa0 VƏxa0 ETİKxa0 TƏRBİYƏxa0 KLUBU”x9d- Bu qurum 1976-cı ildə Bakı Dövlət Universitetində (Azərbaycan Dövlət Universiteti) Asif Ata tərəfindən yaradıldı. 1970-ci illərdə Azərbaycanda sosializmin təntənəsindən danışıldığı bir zamanda, marksizm-leninizm insanlara “xoşbəxtlik”x9dxa0 bəxş etdiyi bir dövrdə aparılan ideoloji xəttə zidd fikirlər söyləmək asan deyildi. Asifxa0 Ata böyük cəsarət göstərərək, çıxışlarında antimarksist fikirlər söyləyirdi. O, deyirdi: “Marksizm elm deyil, dindir, xurafatdır, ən yaxşı halda siyasi mifologiyadır”x9d.
Asifxa0 Atanın çıxışlarından: “Millətçi ”“ xalqı, Yurdu, Vətəni Mütləq saymaqdır! Nə qədər sən talantlı adam olsan, nə qədər sənə dahilik verilsə belə, əgər sən öz Vətənini nisbi bir şey sayırsansa, əgər sən Vətənini dünyanın yalnız bir hissəsi sayırsansa, sənə də ağıllı deyirlər: “hissə qapılmır, duyğuya qapılmır”x9d - əgər sən Yurdunu nisbiləşdirirsənsə, sən ləyaqətindən keçirsən, Millət ləyaqətindən keçirsən, xalq ləyaqətindən keçirsən! Bundan sonra neyləyirsən elə, nə deyirsən de - sən əksilmisən!”x9d
Təbii ki, o dövrdə bu fikirləri söyləmək asan deyildi. Asifxa0 Ata isə daha sərt şəkildə sovet ideologiyasını tənqid edirdi.
Asifxa0 Atanın yazdıqlarından: “Marksizminxa0 canı bu idi ki, gec-tez bütün millətlər birləşəcək, qovuşacaqlar bir-birinə və bir dövlət olacaq - hamısını birləşdirən. Bu mümkün olan bir şey, amma canı bu idi marksizmin. Bir tərəfdən də bunu yavaş-yavaş eləyirdilər. Ona görə də millətlərin çiçəklənməsi haqqında Lenin, Stalin, o biriləri danışanda ki, “millilik hər şeydi”x9d aldadırdlar camaatı! O dövrdə heç bir meydan-zad yox idi! Heç bir haray-həşir də yox idi! Amma Moskva Ədəbiyyat İnstitutunu qurtarıb gəlmiş bir adamın, estetika müəlliminin hiddəti vardı: deyirdi ki, bu, fəlakətdir. Və qəribə bir məntiq yaranırdı: bütün millətlər onsuz da yox olacaq; bir tərəfdən də milli inkişaf, milli ədəbiyyat, milli dil! Tutmadı bunlar! Bu, oyun idi, siyasi oyun! Və mən bunu deyirdim. 1976-cı ildə biz artıq bunu əsaslandıra bildik (1982-ci ilə qədər). Tək bunlar deyildi. Bütün indi deyilən nə varsa ”“ türkçülük haqqında, azərbaycançılıq haqqında, milli-azadlıq haqqında, müstəqillik haqqında. Elə bir söz olmadı ki, biz onu əvvəl deməyək: özü də yüksək fəlsəfi səviyyədə. Bilirdik ki, bu çox ağır işdi, adamın başına min cür iş gələcək”x9d.
Qeyd edək ki, klubun məşğələləri çox canlı, maraqlı keçirdi. Bu məşğələlərdə çoxlu polemikalara da yer verilirdi. Məşğələlərin birində tanınmış musiqişünas Firidun Şuşinski ilə xanəndə Vəli Məmmədov arasında baş verən mübahisə həm də maraqlı polemikaya çevrilmişdi. Belə situasiyalar klubun tədbirlərində tez-tez olurdu.
Klubda apardığı söhbətlər Asifxa0 Ataya ciddi problemlər yaradırdı. 1982-ci ildən isə bu hücumlar daha da gücləndi. Əvvəlcə ona antimarksist, sonra isə antikommunist damğası vurdular. Ondan sonra isə millətçi, pantürkist. O dövrün şərtləri daxilində isə bu, ağır ittihamlar idi.
Asifxa0 Atanı isə sovet mətbuatında kəskin tənqid edənlər tapılırdı. Yəni əslində bu, “sifarişli”x9d tənqid idi. Həmin “sifarişli”x9d tənqidi icra edənlərdən biri Azərbaycan Yazıçılarxa0 İttifaqının orqanı olan “Azərbaycan”x9d jurnalının 4-cü sayında Asifxa0 Atanın əleyhinə bir məqalə ilə çıxış etmişdi (bu məqaləyə görə “Azərbaycan”x9d jurnalının əksər sayları satılıb qurtarmışdı). Məqalə müəllifi yazırdı ki, guya o, Asifxa0 Atanın (Əfəndiyevin) məqalələrini “müasir ədəbi-tənqidi fikrimizi saflaşdırmağı, sağlamlaşdırmağı naminə, obyektiv tələbatdan”x9d çıxış edərək tənqid edir. Əslində isə məqalədə Asifxa0 Atanı ciddi tənqid atəşinə məruz qoyurdu. Məqalə müəllifi Asifxa0 Atanı mövcud şəraitdən, hakim ideologiyadan, dövrün ictimai sifarişindən uzaq düşməkdə qınayır.xa0
Lakin Asifxa0 Ata bu hücumlara dözür və inamla yolunu davam etdirirdi.
Onun davamçılarından olan Safruh Asif Əfəndiyev şəxsiyyətini belə dəyərləndirirdi: “Atalıq - yeni məzmunun ən dəqiq ifadəçisi, biçimə sığışmayan biçimi oldu. Beləliklə, Asif Ata (Əzəl Ata) yarandı - təbii, tarixi, idraki, milli-türki, Şərqi və bəşəri zərurətdən. Bu isə nə bir ada-soyada sığışardı, nə də bir ailəyə. Tezliklə elə də oldu - hər ikisindən kənara çıxdı”x9d.xa0
Klubun toplantıları çox maraqlı keçirdi. Buraya çoxlu sayda tələbələr, gənclər gəlir, yeni fikirləri maraqla dinləyirdilər.xa0
xa0“OCAQ”x9dxa0 KLUBU
Əslində, bu qurum Asifxa0 Atanın 1976-cı ildə yaratdığı “Estetik və etik tərbiyə klubu”x9dnun fəaliyyətini davam etdirirdi. “Ocağ”x9dın əsası Asifxa0 Ata tərəfindən 1979-cu ildə martın 1-də qoyuldu.
Asifxa0 Atanın davamçılarından olan Safruh “Ata səcdəsində”x9d kitabında yazırdı: “İllər ötdükcə Asifxa0 Əfəndiyevin öz şəxsiyyətinə ”“ İnamına, İdrakına, Mənəviyyatına, Iradəsinə topladığı məzmun Asifxa0 Əfəndiyev qəlibinə sığışmadı. İnsanın qeyri-insan kimi yaşamağa məhkum edilməsi, insanla təbiət, fərqdlə xalq arasındakı doğmalığın yoxa çıxması, müqəddəsliyin öldürülməsi və insanın əlindən tamamilə alınması, Azərbaycanın kölə halına salınması ”“ öz dövlətindən məhrum olması, türk irqinin öz ruhaniyyatını, öz peyğəmbərini yaratmaması, Şərqin özünü itirməsi və get-gedə Qərbin güzgüdəki kimi əksinə çevrilməsi, sosializmin (totalitarizmin) insanları və xalqları şikəst etməsi, kapitalizmin insana zidd quruluş olaraq qalması, bütün bunların sənətə və elmə keçməsi sənətin, elmin öz əzəli və əbədi vəzifələrinə ”“ insanın ruhani yaşamasına xidmətə dönük çıxması, mövcud dini dünyagörüşünün artıq çoxdan öz qüvvələrini itirmələri ”“ onların içindəki yalanların üzə çıxması və onları yoxa çıxartması... Bütövlükdə: İnsan, Həyat, Dünya, Təfəkkür-İdrak məsələləri...”x9d.xa0
“OCAÄž”x9dINxa0 YARANMA SƏBƏBİ
“Ocağ”x9dın nə məqsədlə yaranması haqqında Asifxa0 Ata hələ 1980-ci ildə belə yazırdı: “Biz türkdilli xalq olsaq da, ən çox şərqi xalqıq. Bizim mənəviyyatımızda ümumi Şərq mahiyyəti çox güclüdür. Adət-Ənənəçiliyimiz, Cəngavərliyimiz hamıya bəllidir. Belə bir xalq özünəməxsus Mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix onun qarşısında bu vəzifəni qoyub.
“Ocaq”x9d həmin zəruriyyətdən yaranıb!Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən Dünya İdrakının davası olan Mənəviyyat Fəlsəfəsini “Ocaq”x9d Mütləq yaradacaq!Biz Dünyanı və İnsanı da Gözəl və Kamil görmək istəyirik.Dünyanın Aqibəti insanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya yaratmağa qadirdirlər.Azərbaycanın sinəsində yanan bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla, Gözəl Dünyaya xidmət edəcək.Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın!Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız - Məqsədimizə bərabər olsun!“Ocağ”x9dın Müqəddəs Ruhu sönməzdir!”x9d
Quruma bu adın verilməsinin başlıca səbəbi, soya, kökə qayıdışın vacibliyini bildirmək idi. “Ocağ”x9dın fəaliyyətində iki istiqamət vardı: 1) Daxil; 2) Kənar Daxili fəaliyyət.xa0
“OCAQ”x9dxa0 TƏQVİMİ
Asifxa0 Ata maraqlı insan idi və onun ətrafxa0 aləmə yanaşması, baxışları yeni idi, fərqli idi. Hətta o, özünün ayrıca “Ocaq”x9d təqvimini də yaratmışdı. Və bəzi “Ocaq”x9dçılar bu təqvimi “mənəvi dirçəliş, ruhani oyanma təqvimi”x9dxa0 də adlandırırdılar. Həmin təqvimə görə il Mart ayından (1-dən) başlanır. Bu təqvimin birinci ayı isə “Günəş”x9d adlanır. Yəni həmin təqvim belədir: 1. Günəş (I ay) - mart.2. Çiçək (II ay) - aprel.3. İşıq (III ay) - may.4. Şölə (IV ay) - iyun.5. Od (V ay) - iyul.6. Qürub (VI ay) - avqust.7. Ata (VII ay) - sentyabr.8. Xəzan (VIII ay) - oktyabr.9. Yağış (IX ay) - noyabr.10. Sərt (X ay) - dekabr.11. Qar (XI ay) - yanvar.12. Köçəri (XII ay) fevral.
xa0 xa0 xa0 Təqvimdə həftənin günləri də yeni adlarladır: I. Arzu - həftənin I günü - bazar ertəsi.II. Ümid - II - çərşənbə axşamı.III. Dözüm - III - çərşənbə.IV. Mərhəm - IV - cümə axşamı.V. Qismət - V - cümə.VI. Murad - VI - şənbə.VII. İnam - VII - bazar.xa0
“Ocaq”x9d təqviminin 1-ci (birinci) ili Miladın 1979-na uyğundur. “Ocaq”x9d hərəkatı Milad təqvimi ilə 1979-cu ildən (Mart ayından) başlandığı üçün.xa0
“OCAÄž”x9dINxa0 BAYRAÄžI
Ocaqçılara görə, İnam Türkün özümlüyünə söykənən yeni dünyabaxışıdır. Bu, o deməkdir ki, bundan sonra Türk mənəvi-ruhani taleyinə özü yiyə duracaq, onu özü yaradacaq, yadların mənəvi hamiliyinə, yardımına gərək duymayacaq. “Ocağ”x9dın ruhani özümlüyü sırasında onun insaniliyə əsaslanan Bayrağı, Günsırası (Təqvimi), İlsırası (Tarixi), Abesi (Əlifbası), Toy-Yas kuralları, ulusal adları ayrıca yer tutur.
Ocaqda Bayrağa sayğı əsas götürülür. Bayraq 1986-cı ilin sentyabr ayında (“Ocaq”x9d təqvimi ilə 8-ci ilin 5 Ata ayında) yaradılıb və Ocaq Atası tərəfindən 1987-ci il martın 15-də (Ocaq təqvimi ilə 9-cu il Günəş ayının 15-də) qəbul edilib. Bayrağın ümumi rəngi səmavidir, üzərində Günəş, onun içərisində Asifxa0 Atanın şəkli yer alıb. Şəklin üstündə və altında qövsvari biçimdə “Ocaq”x9d əlifbası ilə “İnsanlaşın, insanlaşdırın!”x9d sözləri yazılıb.
Bayraq “Ocağ”x9dın bütün toplantılarında divardan asılır, tədbir qurtardıqdan sonra götürülür. Tədbirlərdə Evladlar söz deməyə başlayarkən və sözlərini bitirərkən Bayrağı öpürlər. Bayrağın asıldığı yerdə yemək yeyilməsi, bayağı danışıqlar aparılması doğru sayılmır. Ocağa yeni gələnlər “Bayraq Andı”x9d içirlər.xa0
Bayraqda verilmiş hər bir rəngin də mənası var: 1) Mavi rəng - göydür, göy qübbəsidir, səmadır; 2) Sarı rəng - günəşdir; 3) Ağ rəng - işıqdır.
“OCAÄž”x9dINxa0 ƏLİFBASI
Qeyd edək ki, “Ocağ”x9dın özünəməxsus əlifbası var. Bu əlifba 33 hərfdən ibarətdir və Orxan-Yenisey yazılı abidələri əsasında hazırlanıb. Ocaq Evladları buna Ocaq-Türk abidəsi deyirlər.
“Ocağ”x9da görə, bütün Türklər, Böyük Türk Birliyi adına, öz babalarının yetirməsi olan əlifbaya qayıtmalıdırlar.
Bu əlifba “Ocaq”x9dda geniş işlədilir. Müqəddəs kitablarımız bu əlifba ilə yenidən köçürülür, “Ocaq”x9diçi yazışmalar başlıca olaraq, bununla həyata keçirilir. Bu əlifbanı Orxan-Yenisey yazılı abidələri əsasında “Ocaq”x9dçı (“Ocaq”x9d Evladı) Namazova Reyhan Sədi qızı (“Ocaq”x9d adı - İnamnur) hazırlayıb.
Artıq Ocaq-Türk abesini bilgisayarda da işlətmək, onunla kitablar çap etmək olar. Abe beynəlxalq unikod sistemində qurulub. Ocaq-Türk Abesini www.asifata.com/abe.htmxa0 ünvanından öz bilgisayarlarınıza yükləyə bilərsiniz.xa0
“OCAQ”x9dxa0 ADLARI
“Ocaq”x9dçılar belə deyir: “Ocaq”x9d xalq yaratmaqla məşğuldur. O xalq ki, yüzillər boyu özgələşib: ərəb, fars adları daşıyıb, özgələrin yaratdığı dünyabaxışları qəbul edib, dilindəki sözlərin yarısından çoxunu alınmalar (ən çox ərəb-fars) təşkil edir. Ad sistemimiz demək olar tamam sıradan çıxıb, yaddaşlarımızdan silinib.
Ocaq bu tarixi fəlakətin ağrılarını aradan qaldırmaq istəyir, ulusumuz üçün ad yaradıcılığı işini gerçəkləşdirir.
Ocaq adlarının böyük çoxluğu türk sözlərindən yaranıb. Şərq sözləri əsasında yaranmış ruhani adlar da var: Safruh, Sadiq, Yetkin, İşıqlı, Göylü, Uluslu, Güntay, Yüksək, Bilən, Özül, Düzgün, Özgöylü, Mirtəkin, Bulaq, Qoruyurd, Doğma, Oğuz, Günev, Ucalı, Göytəkin, Türkay, Yurdçu, Soylu, Uluyol, Uluruh, Uğur, Elli, Türkel, Güntəkin, Ötkün, Yolruh, Odtəkin, Nurtay, Elana, Göyel, Odel, Özgün, Elürək, Elqaya, Birel, Göynur, Eltay və s. belə adların sayı 150-dən çoxdur”x9d.