Lənkərandakı
Cəmiyyət
9469
31 Dec 2016 | 17:18

Lənkərandakı "qəssab" həkimdən nazirə Şikayət...


Moderator.az-ın elektron poçtuna Lənkəran rayonu, Şürük kənd bələdiyyəsinin sədri Hüseynli Valeh Fərəməz oğlu tərəfindən  ədliyyə naziri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanmış müraciət göndərilib.

V.Hüseynlinin müraciətini kimi diqqətinizə çatdırırıq:

"Əvvəlcə Moderator.az saytının rəhbərliyi başda olmaqla bütün işçilərinə dərin təşəkkürümü bildirirəm. Əsl jurnalist mövqeyi sərgiləyərək problemimizi, daha dəqiq desəm, həyat yoldaşımın və övladımın başına gətirilən faciəni ictimailəşdirdiyiniz, aidiyyati qurumlarla bizim işimizə görə dəfələrlə əlaqə yaradıb, məsələni onların da diqqətinə çatdırdığınız üçün sizə minnətdarlığımı bildirirəm. Onu qeyd etmək istəyirəm ki, sizin məsələyə müdaxilənizdən sonra Lənkəran şəhərinin deputatı Hadı Rəcəbli də mənimlə əlaqə saxladı, problemimizin həlli üçün aidiyyati şəxslərə tapşırıq verdiyini bildirdi. İndi səbrsizliklə məsələnin hansı sonluqla bitəcəyini gözləyirik. 

İndi sizdən növbəti bir xahişim olacaq. Sizdən ədliyyə nazirimiz cənab Fikrət Məmmədova ünvanladığım müraciəti saytınızda yayımlamağınızı xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

" Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov. 
Sizə müraciət edərək bildirirəm ki, 16.06.2015-ci il tarixində Lənkəran rayonu Şürük kənd xəstəxanasının mama-ginekoloqu Sevil Əhədovanın qanunsuz olaraq həmin xəstəxanada həyata keçirdiyi doğuş zamanı həyat yoldaşım Hüseynli Şəfəq Sənan qızı bədən xəsarəti, yeni doğulmuş qızım Hüseynli Nur Valeh qızı isə baş və beyin nahiyyəsindən ağır xəsarət alıb. Qızıma həkimlər tərəfindən sağalması münkün olmayan baş-beyinə qansızma və sağ bazu kələfinin travmatik pleksiti diaqnozu qoyulub. İndiyə qədər həm respublikamızın müxtəlif xəstəxanalarında, həm də İran İslam respublikasının həkimləri tərəfindən müayinə və müalicə olunub.

Əvvəlcə onu qeyd edim ki, övladımın belə ağır travma almasına ilk öncə həkim S.Əhədovanın səhlənkərlığı, xidməti vəzifəsinə biganə münasibəti, ailə biznesi səbəb olub. Belə ki, o, evində qanunsuz olaraq UZİ aparatı quraşdıraraq qadınları müayinə edən doğmaca qızı Nuranə Axundova ilə əlbir fəaliyyət göstərir. Məhz N.Axunodavının həyat yoldaşıma qoyduğu səhv diaqnozun nəticəsində S.Əhədova şəxsi və maddi maraqlarını insan həyat və sağlamlığından üstün tutaraq övladımın sağlamlığına xəsarət yetib.  

Daha sonra diqqətinizə çatdrımaq istəyirəm ki, Səhiyyə Nazirinin 19.09.2012-ci il tarixli, 70 nömrəli əmri ilə Şürük kənd xəstəxanasında, ambulatoriyalarında doğuş əməliyyatlarının kecirilməsi mədudlaşdırılıb. Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin 13.03.2015-ci il tarixli 159 nömrəli belə əməliyyatların yalnız Lənkəran Mərkəzi Xəstəxanasının ixtisaslaşdırılmış,  müfaviq müasir tibbi avadanlıqlarla təciz, edilmiş Lənkəran Regional Perintal Mərkəzində kecirilməsini təmin edilməsi barədə əmr imzalanıb. Lənkəran Rayonu Şürük Kənd Xəstəxanasının mama-ginekoloqu S.Əhədova isə Şürük kənd xəstəxanasının baş həkimi Azad Qubadovla əlbir olaraq bu əmrlərdən irəli gələn tələblərə məhəl qoymayıb.

S.Əhədovanı bu qanunsuz əməli ilə bağlı Lənkəran Rayon Prokurorluğunda istintaqı aparılıb, S.Əhədova A.R.C.M.-314.2maddəsi ilə ittiham edilib. İş 01 sentyabr 2016-cı il tarixdən indiyə kimi Lənkəran Rayon Məhkəməsinin hakimi Fuad Sultanovun icraatındadır.  İndiyə qədər Şürük kənd xəstəxanasının baş həkimi Azad Qubadov həyat yoldaşım Nüseynli Şəfəq Sənan qızının Lənkəran Regional Perinatal Mərkəzinə göndərilməsini təmin etməyib. Halbuki Şürük kəndi ilə Regional Perinatal Mərkəzinin arasında  cəmi 6 km. qısa məsafə var. Bu barədə dəfələrlə vəsatət qaldırmağımıza baxmayaraq, A.Qubadovun xidməti vəzifəsinə lazımi qaydada yanaşmaması, laqeyid münasibət göstərməsi, S.Əhədovanın qanunsuz əmələrinə göz yuması araşdırılmayıb, bu barədə hüquqi qiymət verilməyib. 

Məhkəmənin işi uzatması, vəsatətlərimizin təmin olunmaması, indiyə qədər işin yekunlaşdırılmamsı bizdə belə fikir formalaşdırıb ki, buna səbəb Lənkəran Rayon Məhkəməsinin sədrinin və hakimlərinin S.Əhədovanın qızı N.Axundovanın həyat yoldaşı ilə yaxın münasibətlərinin olmasıdır. Çünki S.Əhədovanın kürəkəni Lənkəranda imkanlı şəxs kimi tanınan Kənan Axundov Lənkəran Rayon mərkəzi bazarının sahibkarıdır. Belə olmasaydı Kənan Axundovun dəstəyi ilə S.Əhədova qızı N.Axundova və Şürük xəstəxanasının baş həkimi A.Qubadovla birləşib öz qanunsuz əmələrini həyata keçirməkdə, insanların həyat və sağlamlığlarına ziyan vurmaqda davam edə bilməzdilər. Məhz buna görə maddi maraqlarını insanların sağlamlığından üstün tutan N.Axundova məhkəmə iclaslarına  dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməkdən belə imtina edir. Həyat yoldaşım isə zərərçəkmiş şəxs olmasına baxmayaraq dəvət olunduğu bütün məhkəmə iclaslarında iştirak edir. Hakim F.Sultanov isə N.Axundovanın məhkəməyə gəlməməsinə göz yumur. İnsanlara fərq qoyan hakim, həmçinin ittiham edilən Sevil Əhədovaya müttəhim kürsüsündə deyil, şahidlərin yanında oturmasına icazə verir. Bu barədə iclas zamanı dəfələrlə vəsatət verməyimizə baxmayaraq heç bir əhəmiyyət verilmir. Hakim tərəfindən laqeyid münasibət göstərilərək prosessual qanunvericiliyin tələbləri pozulur. 

Cənab nazir, sizdən yuxarıda göstərilənləri nəzərə alaraq, Lənkəran Rayon Məhkəməsini hakimi Fuad Sultanovun məhkəmə prosesini səbəbsiz uzatmasının araşdırılması, həmçinin ittiham edilən S.Əhədovanın kürəkəni Kənan Axundovun Lənkəran məhkəməsinin sədri E.Kazımov ilə qonşu və dost münasibətlərinin məhkəminin işinə nə dərəcədə təsir etdiyinin araşdırılması ilə bağlı müvafiq tapşırıq verməyinizi xahiş edirəm"
.
İmza: Hüseynli Valeh
Tarix: 30.12.2016-cı il"



Link kopyalandı!
Son xəbərlər