Azərbaycandan İsveç və Danimarkaya Quranın yandırılması ilə bağlı ÇAĞIRIŞ
1283
31 Jul 2023 | 14:40

Azərbaycandan İsveç və Danimarkaya Quranın yandırılması ilə bağlı ÇAĞIRIŞ

“Son həftələr ərzində silsilə olaraq İsveç və Danimarkada Qurani-Kərimin yandırılması tamamilə qəbuledilməzdir. Biz bunu qətiyyətlə pisləyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirliyi Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başladı - FOTO


"Müsəlmanların hisslərinin tapdalanması və nəzərə alınmaması heç kimə bu əməli söz azadlığı və insan hüquqları çətiri altında etməyə əsas vermir. Həmin dövlətlər bu istiqamətdə çox ciddi və təsirli addımlar atmalıdırlar.

Biz bunun nəticələrinə baxmalıyıq və nəticələrə əsasən onu qiymətləndirəcəyik. Əfsuslar olsun ki, islamofobiya bir sıra ölkələrdə geniş vüsət alıb. Müqəddəs kitablara qarşı olan təcavüz həmin islamofobiyanın təzahürlərindən sadəcə biridir. Bir sıra ölkələrdə bununla bağlı kampaniyalar görürük və bu tamamilə qəbuledilmzədir", - deyə C. Bayramov bildirib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər