Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin
Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq.
Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk...
Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...
“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”
Karl Popper
IV Bölüm. Tanrının görünən tərəfi
(Davamı)
Xüsusi xidmət orqanlarında adamları xəlvəti dinləyənlər, güdənlər haqda bir yazıda oxumuşdum ki, gizli kamerayla uzun müddət birini izləyən, yaxud xüsusi aparatla danışıqlara qulaq asan şəxs bəzən güddüyü adamın həyatına varıb onun əsirinə çevrilir. “Özgələrin həyatı” adlı bir filmdə olduğu kimi. Məqsədi kommunist Almaniyasında yaşayıb Qərbi Almaniyada nəşr olunan jurnal üçün siyasi rejim əleyhinə məqalələr yazan yazıçını ifşa etmək olan xüsusi xidmət orqanı əməkdaşı evində quraşdırdığı dinləmə qurğusuyla yazıçının ən intim sirlərini belə öyrənir. Onda yazıçıya qarşı gizli bir ehtiram, sevgi yaranır ”“ onu ələ vermir.
Mən də beləcə, özümü bu yazışmaların təsirində duyuram. Ciddi deyirəm! Bəzən onları anlayıram, bəzənsə müəmma olurlar. Belə olanda onlara daha da bağlanıram. Hədiyyəsini açmağa tələsən uşaqlar kimi bunun sonunu bilməyə can atıram. Qadın həqiqətən də gözəldi. Fotoları belə adamı sehrləyir. Onun əsirinə çevrilməmək hər kişinin işi deyil. Rəssamın hövsələsinə məəttəl qalmışam. Görüşü bu qədər uzatmalarını anlaya bilmirəm. Oxuduqca bəzən onun yerinə özüm səhnəyə atılıb nələrsə eləmək istəyirəm.

Rəssam: Səhər zəng elədin. Qəlbin, düşüncən, duyğularınla bir nəfəs də doğmalaşdın. Bu gün səsin tam başqaydı. Səsini gördüm elə bil ”“ üstünə kəlmə yazılmayan ağappaq varaq kimi, ləkə düşməyən qar kimi. Bu ağlıqda tək Sən vardın! Səsinə ilahi sonsuzluğa girirmiş kimi atıldım... Səsindən keçib Sənin dünyana gəldim... Səndən bütün dünyalar bəmbəyaz görünür, dünya Sənlə təmizlənir, gözəlləşir”¦ Səni vəsf eləməyə ağzımda sözüm də acizdi. Qadına sehrli sözləri deyənlər deyib, mən nə karəyəm ki... “Qoşa badam sığmayan dar ağızlım”, “Qar üstünə qan dammış tək al yanaqlım”, “...yer basmayıb yeriyən”, “Badam yesə boylu görünən incə bellim”. “Dədə Qorqud” dastanındandı ”“ bunlar da sənə demək istədiklərimin yanında zəif bənzətmələrdi.
Qadın: Sa-lam!!! “Yenə göylərdədir şair xəyalın”. Qalxardım yanına... Amma “Səbr Allahdan, səbrsizlik Şeytandan” deyənlərin məsləhətinə əməl edib, sənə elə yerdən baxacam. Bu səhər qəribə ovqatdaydım. Səni niyə yığdığımı heç özüm də bilmədim. Nə danışdıq ki... Sən heç dinmədin. Yazmağa yaxşısan amma. Gör nə duyğulu sözlər yazmısan! Gözəl sözlərdir, doğrudan da. “Badam yesə boylu görünən incə bellim...” Sən sevgiyə bir bax, bu sözlərin ağla gəlməsi üçün insanın sevgisi nə boyda olmalıdır, görəsən? Amma dünyanın ən böyük sevgisi insanda deyil, təbiətdədir. Sevgilərin ən ülvisi qaranlığın işığa olan sevgisidir. Bu sevgidə “qovuşmaq” sözü işə yaramır, bu sevginin adı “çevrilmə”dir. “Qovuşmaq” insan sevgisinin təntənəsidir. Qaranlıq isə öz sevgisi yolunda məşuqunun içində əriyib itir, onun özü olur ”“ qaranlıq işığa çevrilir, işıq da qaranlığa. Allahın yazdığı ən böyük sevgi dastanı “Zülmət və İşıq” dastanıdır”¦ Sənin yazdıqların da gözəldir. Bu gecə elə bu sözlərlə yatacam.
Rəssam: Bugünkü havaya nədi sözün? Əsl yaz havasıdı. Görüşəkmi? ...Bilirəm, yenə görüşməmək üçün bir bəhanə gətirəcəksən.
Qadın: Bəzən səninlə danışmaqdan zövq alıram, amma bəzən məni məyus edirsən. Nə bəhanəsi? İşdən ezamiyyətə göndərmək istəyirdilər, başım qarışdı bu arada. Getmədim... Səninlə görüşüb-görüşməmək üçün bəhanəyə gərək yoxdur. Hər ikimizin bir-birimizi anlayacaq şüurumuz və ən əsası, ünsiyyət yarada biləcək dilimiz var. Mən səndən gizlənmirəm, əsla, sadəcə səni çıxılmaz vəziyyətə salmaq istəmirəm. İstəmirəm səni keçmişə aparıb qəlbindəki yaraları oyadım, sonra atıb gedim. Demədiyinə baxma, ürəyində fır bağlayan yaraların var, bunu duyuram. Mən acının, hüznün nə olduğunu yaxşı bilirəm. Bunu sənə rəva görmürəm. Amma sən özün bu “səyahət”ə çıxmaq istəyirsən. İnad edirsən! Məni də çıxılmazlığa salırsan. ...Getmədim, çünki atam istəmədi. Bu günlər atama olmayan qədər ehtiyacım var. Onun əllərinə, onun sığalına. Yığılıb qucağına qısılmaq istəyirəm körpə kimi. Elə bilirəm ondan qopsam yellər əsəcək, məni ayrılıqlar olan uzaq yerlərə aparacaq. Onda məni qorxu bürüyür... Dönüşü olmayan bir yola çıxmışam. Yanımdakı köhnə dostlar tədricən geridə qalıb, sonunda üfüqdə itdilər. Xəmiri yumşaq olub palçıq tək süzülən insanların kirli simasından usandım. Həyat bəzən bizi hər şeyə vadar edir. Əlimizin bulandığını görə-görə qolumuzu çırmalayırıq... Yoluma davam edirəm. Yeni ümidlərlə. Çox inamlıyam, daha bu dünyanın nağıllarına inanmıram. Sənə yazmışdım bir dəfə”¦ Heç nədən qorxmuram ta.
Rəssam: Getmədiyinə sevindim. Amma heç nə başa düşmürəm. Aydın yaza bilərsən? Axı nə baş verir? Gah səni qorxu bürüyür, gah da heç nədən qorxmadığını yazırsan. Yaz, danış mənə. Bu an, bu dəqiqə Səni mənim qədər başa düşən olmaz, bəlkə mən qədər, nə isə... Bilirəm burdasan...
Qadın: Nə anladım sənə? Dərinə getmə! Fikir vermə mənə. Bir də, bilirsən, qadınlar bahalı ətrə bənzəyir, qapağı nə qədər açıq qalırsa, bir o qədər dəyərini, ətrini itirir. Mən də özünə dəyər verən qadınlardanam axı”¦ Sənə yavaş-yavaş açılacam.
Rəssam: Yox, mən heç də keçmişlə yaşamıram. Mənə Sənin indin maraqlıdı. Keçmişdə yaşadıqlarını unutdurmaq istəyirəm Sənə. Əslində elə özümün də unutmaq istədiklərim az deyil... Bu nə statusdu belə yazmısan burda: “Чтобы завоевать мужчину, женщине доÑтаточно разбудить Ñамое дурное, что в нем еÑть...”
Qadın: “Чтобы завоевать мужчину, женщине доÑтаточно разбудить Ñамое дурное, что в нем еÑть. Ты делаешь из мужчины бога, и он Ñ‚ÐµÐ±Ñ Ð±Ñ€Ð¾Ñает. Ð”Ñ€ÑƒÐ³Ð°Ñ Ð´ÐµÐ»Ð°ÐµÑ‚ из него зверÑ, и он лижет ей руки и не отÑтает от нее” . Oskar Uayldın aforizmləri interneti götürüb başına. Mən də bunu seçdim.
Rəssam: Niyə məhz bunu seçməyin maraqlıdı. Adətən belə fikirləri kişilərdən başı çəkmiş qadınlar deyir. Demək, Sən də yanında qalan “əl yalaqçı”sını atıb gedən “tanrı”dan üstün tutanlardansan... Amma mən bu sözlərdə o yazıq Uayldın qadınlara nifrətini duydum. Əslində bu, qadınlara təhqirdi.
Qadın: Sən elə fikirləşirsən? “Dorian Qreyin portreti”ndə sən düşündüyün kimi deyil. O sevir. Sevməyi bacarır.
Rəssam: Onu “tanrı”laşdıran, sonra da “vəhşi”ləşdirən qadın deyil! Onun bütün “çevrilmə”lərinin səbəbi uşaqlıqdan içində əzilmiş “mən”ini təsdiqləmək ehtirasıdı.
Qadın: Ola bilər, bəlkə də, nə bilim... Hər halda xoşum gəldi bu fikirdən, mən də yazdım statusuma.
Rəssam: Amma mən bayaq Sənlə danışanda qulağına sevdiyim bir misranı pıçıldamaq istədim, Nazim Hikmətin bu misrasını: “Səni sevmək şam meşəsində nəfəs almağın bəxtiyarlığına bənzəyir”. Demədim!
Qadın: Gərək deyəydin... Bilirsən, keçmişdə Ay sevgililərin “görüş yeri”ymiş. Harda olsalar da, gecələr vədələşdikləri vaxtda çıxıb Aya baxarmışlar. Həmin anda sevgilisinin də Aya tamaşa elədiyinə əmin olan aşiq orda onun baxışlarını görürmüş sanki, onunla söhbət edirmiş, beləcə, təmas qururmuşlar...
Rəssam: Sonra...
Qadın: Sonrası qalsın sonraya...
Rəssam: Kinonun şirin yerində aparatı xarab olan kinomexaniksən elə bil... Səhər mənə zəng vur! Gözləyəcəm!
***
Rəssam: Bir həftə yazmamağımın səbəbi çəkilib kənardan Səni müşahidə eləmək, “nə edirəm”, “niyə edirəm” suallarına cavab tapmaq istəyi ilə bağlıydı. Nəyə görəsə mənə elə gəldi ki, həddindən artıq təkid edirəm. Sən də alicənablığındanmı, tərbiyəndənmi, bilmirəm, məni qırmırsan. Əlbəttə, Sənlə ünsiyyətdə olduğum müddətdə çox dəyişiklik var, həm ovqatımda, həm də insanlara etibarımın bərpasında, çoxdan, lap çoxdan duymadığım əvəzsiz hisslər yaşayıram. Amma əvvəl də yazdığım kimi, həyat mənə hisslərimi cilovlamağı öyrədib. Səninlə münasibətdə isə heç bir fikir və hissimi cilovlamayacağımı yazmışdım. Bir müddət sakitləşmək üçün ara verdim. Dedim bəlkə yenə lap çoxdankı macərapərəstlikdi. Düşünmək üçün vaxt lazım idi. Düşündüm də. Bu günlərdə telefona, kompüterə narkoman iynəyə baxan kimi baxırdım. İçimdəki səs “Dayan”, “Sakit ol” deyirdi. Tam sakitləşənədək sənə yazmamaqda, zəng etməməkdə qərarlı idim. İçimdəki “mən” qoymurdu”¦
Və... “sakitləşdim”. Duyğularımı gizlətməyi öyrənmişəm. Bacararammı? Bunu bir daha yoxlamağa imkanım oldu. İndi Sənə tam soyuq başla yazıram. Bunları dünən axşam yazacaqdım, alınmadı. Sabaha saxlayıb işə ”“ Səninlə “görüşə” qaçdım. İndi internetdə Sənin şəklinlə söhbətləşir, son günlərin acısını çıxarır, klaviaturadakı hərfləri quş kimi dənləyirəm.
Həyatda hamının kiməsə, nəyəsə ehtiyacı var. Umudsuz adam vəhşiləşir, umudu kəsilən cəmiyyət də həmçinin. Biz səninlə belə vəhşi cəmiyyətdə yaşayırıq. Sadəcə bizi quduzlaşmaqdan qoruyan ətrafımızdakı hələ də salamat qalan tək-tük insan, onlardan aldığımız “yeni qan”dı, enerjidi. Sən mənim həyatıma ən son girmiş belə adamsan. Qəlbimin çoxdandı belə sakini olmayıb. Səndən aldıqlarımın ölçüsü yoxdu. Hər dəfə bura Sənlə görüşə ibadət otağına girirmiş kimi gəlirəm. Tanrı dərgahı kimi gəlir mənə. Katoliklərin işi rahatdı, ürəklərini boşaltmağa keşişləri var. Mənim də rahibəm Sənsən.
Uşaqlığım Şuşada keçib. Qəribə şəhər idi. Adı, tarixi, iqlimi adamlarının xarakterinə təsir eləmişdi. Cibində pulu olmayan da özünü bəy kimi aparırdı. Amma hər adam duymazdı ki, bu qürurlu insanların sinəsində necə kövrək qəlb döyünür. Yayda ölkənin hər yanından adamlar axışırdı Şuşaya. Bəzən gələnlərin sayı yerlilərdən üç-dörd dəfə çox olurdu. Onda şuşalılar başını elə dik tutub gəzərdi ki, elə bilərdin hər biri bir dağın sahibidi. Amma elə ki, yayın sonunda gələnlər qayıdıb gedirdi, şəhər ziyarətçiləri dağılışan yas evinə dönürdü. Şəhər də, adamları da sükuta qərq olurdu. Payız yağışları isə bu ovqatın nisgilini daha da artırırdı. Yarpaqlar saralır, şəhərin başını duman-çən alırdı. Adamlar növbəti yayın şux büsatını həsrətlə gözləyirdilər.
Müəllim ailəsində böyümüşəm. Şəkil çəkməyə həvəsim heç məktəbə getməmişdən oyanmışdı. Atamgil məşhur şuşalı rəssam Mir Möhsün Nəvvabın nəslindəndilər. Qabağıma vərəq, rəngli karandaşlar tökürdülər ki, cızma-qara eləyim. Babam mənə “bala Nəvvab” deyirdi. Deyib-deyib axırda məni rəssam elədilər.
Ardı var...