19 May faciəsinin 3 qəhrəmanlıq  FOTOSU
Hadisə
5835
19 May 2016 | 23:51

19 May faciəsinin 3 qəhrəmanlıq FOTOSU

Bu gün Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından bir il ötür. O hadisəni bu gün də hamı dəhşət içində xatırlayır. 19 may faciəsi ağrı, kədərlə yadda qalsa da, orada fədakarlıq göstərən insanları da unutmaq olmaz. 

Moderator.az saytı bu gün bir ili tamam olan faciə zamanı xidməti vəzifəsini yerinə yetirən insanların xüsusi fədakarlığını  göstərən 3 fotonu təqdim edir:


Birinci fotoda yanğının söndürülməsində fədakarlıq göstərən əməliyyatçılardan  biri Arif Ağahüseynovdur. Alovun içindən çıxdıqdan sonra əlindəki su şüşəsi ilə ağrılı bir mənzərənin tablosunu  yaradır. Yanğının bütün dəhşətləri, bizim hadisə zamanı görə bilmədiyimiz, yalnız yanğına təslim olan binanın içindəki bəzi faciələrin hamısı sanki onun üzündə cəmləşib.


İkinci foto isə az qala bütün dünyada məşhurluq qazandı. Fotoqraf Orxan Əzim kiçik qız uşağını yanğından xilas edən polisi çox lazımı məqamında tarixin yaddaşına köçürdü.  "The Times", "The Guardian", "The Huffington Post" və s. nüfuzlu nəşrləri tərəfindən "Günün fotoları" rubrikasında dərc olundu. Fotodakı azərbaycanlı polis çavuşunu isə Britaniya və ABŞ mediası "Qəhrəman polis" adlandırdı.


Üçüncü fotoda biz yanğının dəhşətini bəlkə də o qədər də hiss edə bilmirik. Amma məsələdən hali olan insanlar buradakı ağrını həmən görəcəklər. Paytaxt sakini Samir Hüseynov özünün sudaşıyan maşını ilə hadisə yerinə girir. Təbii ki, onun imkanları məhduddur. Su maşını o cür hündür alova nə edə bilər ki? Buna baxmayaraq sürücü nəsə etməyə çalışır”¦

Hazırladı: Elmin Nuri
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər