Xəzər universitetində şair Kəmaləddin Qədimlə görüş
Ədəbiyyat
2215
17 May 2016 | 23:18

Xəzər universitetində şair Kəmaləddin Qədimlə görüş

Bu  gün tanınmış şair,Prezident təqaüdçüsü Kəmaləddin Qədimlə Xəzər Universitetinin tələbə-müəllim heyətinin görüşü olub. Görüşü giriş sözü ilə açan Xəzər Universitetinin ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub qeyd etdi ki, şair Kəmaləddin Qədimlə keçirilən bu görüş təsadifi deyil. Bu gün Azərbaycanda kifayət qədər tanınan, sevilən, hər şeydən əvvəl öz oxucusu olan bir şair kimi Kəmaləddin Qədim bu haqqa daha çox sahibdir.

     Natiq daha sonra qeyd edib ki, K.Qədimin şeirlərində yüksək əxlaqi dəyər, təmiz dini düşüncə, pak sevgi hissləri, bütün bunların fonunda ruhi yaşantılar poetik bir dillə oxucuya çatdırılır. V.Əyyub onu da qeyd etdi ki, bu yaxınlarda işıq üzü görən, sayca doqquzuncuı olan “Dünya qonaq sevən deyil” kitabı K. Qədimimin mükəmməl bir yaradıcılığa malik olmasını bir daha sübut edir.

  Tədbirdə çıxış edən şair və yazıçılardan Adilə Nəzər, Telli Pənahqızı, Fərqanə, Mübariz Məsimoğlu, Məmməd Tahir və başqaları Kəmaləddin Qədimin yaradıcılığındakı yüksək keyfiyyətlərdən, şairin şeirlərindəki poetiok yeniliklərdən söhbət açdılar.

 Xəzər Universiteti tələbələrinin maraqlı suallarına şairin verdiyi cavablar görüşə bir canlılıq və təravət gətirdi.

Daha sonra şair Kəmaləddin Qədim yeni şeirlərini oxudu və belə bir görüşü təşkil etdiyinə görə Xəzər Universitetinin rəhbərliyinə səmimi minnətdarlığını bildirdi.

Link kopyalandı!
Son xəbərlər