“Azərbaycan da, Gürcüstan da öz müstəqilliyini Rusiya imperiyasından qazanıblar. Rusiya bu gün də yeni şəraitə uyğun olaraq yeni imperiya siyasəti aparır. Rusiya öz müstəqilliyini elan edən bu dövlətləri öz təsir dairəsinə qatmaq arzusundadır”.
Bunu Moderator.az-a
açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər
bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya təhlükəsindən yalnız ABŞ və
NATO sayəsində qoruna bilər:
“Azərbaycan və
Gürcüstanın suverenliyini qoruması, hərbi təhlükəsilziyini təmin etməsi üçün
gerçəkdən də militarist Rusiyanın hərbi qüvvəsini balanslaşdıracaq bir gücə ehtiyac
var. Rusiyanın post-sovet məkanında, qonşu regionlarda apardığı siyasətin əsasında
hərbi güc amili durur. Xarici siyasətində də hərbi gücə və enerji ehtiyatlarına
əsaslanır. Enerji faktoru qüvvədən salınıb. Bu, dünya bazarında neftin qiymətinin
aşağı salınması və Rusiyaya qarşı bir sıra sanksiyaların tətbiqi hesabına baş
verib. Rusiyadan kənar neft və qaz kəmərlərinin inkişaf etdirilməsi də bu məsələdə
mühüm rol oynayıb. Indi qalır Rusiya Silahlı Qüvvələrini neytrallaşdırmaq. Bunu
isə neytrallaşdıracaq iki güc var. Bunlardan biri super güc olan ABŞ, digəri isə
NATO-dur. Rusiyanı dayandıra biləcək üçüncü bir güc yoxdur. Ona görə də
Gürcüstan və Azərbaycan ya ABŞ-la NATO-dan kənar əsas müttəfiq statusu qazanmalı,
ya da NATO-ya üzv olmalıdır”.
Seymur Əliyev