Bu gün faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümü dünyanın bir sıra ölkələrində qeyd edilir. 9 may “Qələbə Günü” ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu II Dünya müharibəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. S.Cəlaloğlunun sözlərinə görə, əslində Nürnberq məhkəməsində almanlarla yanaşı rusların da mühakimə edilməsi gərəkirdi ki, bu baş vermədi:
“II Dünya müharibəsinə görə
Hitler Almaniyası nə qədər məsuliyyət daşıyırsa, sovet Rusiyası da bir o qədər
cavabdehlik daşıyırdı. Çünki ii dövlət dünyanı bölməklə bağlı gizli razılığa gəlmişdi.
Buna görə də hər iki dövlət II Dünya müharibəsinin nəticələrinə görə, eyni dərəcədə
cavabdehdir. Sadəcə olaraq, sovetlər almanlar üzərində qalib gəldiyi üçün
almanlar mühakimə olundu. Halbuki, Nürnberq beynəlxalq məhkəməsində almanlarla
yanaşı sovetlər də mühakimə olunmalıdır. Çünki sovetlər də bu məsələdə
almanlarla razılığa gəlmişdiş. Əgər Hitler Stalinlə dünyanı bölüşmək uğrunda
ortaq mövqeyə gəlməsəydi, bəlkə də II Dünya müharibəsi başlamazdı. Ona görə də
baş verənlərə görə sovtlər də almanlar qədər məsuliyyət daşıyıq. SSRİ-nin bizə
sırımaq istədiyi nağılların üstündən xətt çəkməliyik. Hadisələrə sağlam gözlə
baxmalıyıq”.
Seymur Əliyev