Bu gecə Türkiyədə baş verən təyyarə qəzasının şok sirrləri...
Gündəm
12252
03 May 2016 | 17:23

Bu gecə Türkiyədə baş verən təyyarə qəzasının şok sirrləri...

xa0
“Qeybin açarları Allahın yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, kainatda yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”x9d xa0“Quran”x9d, 6:59
xa0
Xəbər verildiyi kimi, bu gecə (mayın 2-dən 3-nə keçən gecə) “Turkiş airlines”x9d aviaşirkətinə məxsus “Boeinq 737”x9d markalı sərnişin təyyarəsi Kosovonun paytaxtı Priştina hava limanına enərkən uçuş-eniş zolağından çıxaraq qəza keçirmişdir. Xoşbəxtlikdən təyyarədə olan 143 sərnişin və 8 ekipaj üzvü xilas edilmişdir.
xa0
Bundan əvvəlki yazılarımda da qeyd etdiyim kimi, bu cür qəzalar təsadüf olmayıb, biri-biri ilə, astronomik hadisələrlə və Quranla riyazi şəkildə əlaqələnir (bax: təyyarə qəzalarından bəhs edən əvvəlki yazılara:
//www.moderator.az/news/125230.html )
xa0
Hesablamalarımız göstərir ki, bu gecə baş verən təyyarə qəzası da həmin qəbildən olmaqla, Günəş və Ay tutulmaları ilə riyazi bağlılığı vardır. Belə ki, bu qəza 25 oktyabr 2014-cü il tarixdə baş verən Günəş tutulmasının (qiyamət əlamətinin) 555-ci günü baş vermişdir ki, bu da yuxarıdakı məqalədə şərh etdiyim kimi, “Quran”x9dda tövbə və cəza rəmzi sayılır.
Sözü gedən təyyarə qəzası tək Günəş tutulması ilə deyil, həm də Ay tutulması ilə əlaqələnir. Belə ki, bu gün 8 oktyabr 2014-cü il tarixdə baş verən Ay tutulmasının 572-ci günüdür ki, bundan da “Quran”x9dın səhifələrinin cəmi olan 286 ədədini çıxsaq, yenə də 286 alınmaqla, bir daha diqqətimizi müqəddəs kitaba yönəldir:
xa0
572 ”“ 286 = 286
xa0
Kitablarımda və məqalələrimdə təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazılardan da görünürdü ki, qəzaya uğrayan təyyarələrin üstündəki marka (məsələn, 737) astronomik hadisədən keçən günlərin sayını göstərir. Türkiyədəki qəza da bu qəbildəndir. Belə ki, bu gün 29 aprel 2014-cü ildə baş verən Günəş tutulmasının (astronomik xəbərdarlığın) 737-ci (!) günüdür ki, bu da qəzaya uğrayan təyyarənin üzərinə həkk olunub: “Boeinq 737”x9d (!).
Bu gecə baş verən qəzanın təsadüf olmadığını sübut edən başqa faktlar da çoxdur. Məsələn, 2012-ci ilin aprelin 20-də Pakistanda eyni markalı (737) təyyarə qəzaya uğramışdır. Bu gün həmin qəzadan 1474 gün keçir ki, bundan da bu gecə qəza keçirən təyyarənin markasını (737) şıxsaq, yenə də 737 alınmaqla, Allahın elminin necə böyük və baş vermiş hadisənin əslində kodlaşdırılmış bir xəbərdarlıq mesajı olduğu görünər:
xa0
1474 ”“ 737 = 737
xa0
“Biz hər şeyi sayıb yazmışıq”x9d. “Quran”x9d, 78:29
xa0
Sözü gedən qəzada diqqət çəkən digər məqam onun Türkiyədəki enerji böhranı ilə riyazi şəkildə əlaqələnməsidir. Belə ki, keçən il martın 31-də bu ölkədə enerji müəmmalı şəkildə ksilmiş və bir neçə gün qaranlığa qərq olmuşdu. xa0Keçən yazımda bu hadisənin (eləcə də dünyadakı digər sirli enerji qəzalarının) xa0sirlərini açaraq, Allahdan bir xəbərdarlıq mesajı olduğunu göstərmişdim (bax: aşağıdakı linkə
xa0//www.moderator.az/news/128377.html )
Burada diqqət çəkən məqam odur ki, həmin enerji qəzası ilə sözü gedən təyyarə qəzası arasında 400 gün fərq xa0vardır. Bundan da “Quran”x9dın surələrinin sayını (114) çıxsaq, səhifələrinin sayı (286) alınır və bir daha diqqətimizi müqəddəs kitaba yönəltməklə, hadisələrin Allah tərəfindən xəbərdarlıq olaraq törədildiyinə heç bir şübhə qalmır:
xa0
400 ”“ 114 = 286
xa0
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" "Quran", 57:22
xa0
Oxucuları yormamaq üçün əlavə hesablamalar gətirmirəm. xa0Dünyada baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, bunlar əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətlərə və onların zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır:
xa0
"İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". "Quran", 30:41
xa0
Allahın qulu və carçısı: Paşa Yaqub - tədqiqatçı-yazıçı.xa0


Qeyd: təyyarə qəzalarının monitorinqi haqda geniş yazılarla müəllifin kitablarından və bu linkdəki məqalələrindən tanış olmaq olar.

//www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


Link kopyalandı!
Son xəbərlər