Qırıq talelərin pazl tablosu
Ədəbiyyat
Oxunub: 4882
23 Mar 2016 | 23:49
Qırıq talelərin pazl tablosu


Svetlana Aleksiyeviç və onun “Время секонд хэнд” kitabı haqda

Ondan başlayım ki, İsveç Kral Akademiyasının üzvlərini hansısa “qaranlıq” məqsədlər güdməkdə suçlayanlardan deyiləm. Onlar Nobel mükafatını kimə verdiklərini yaxşı bilirlər. Mənim bildiyim isə odu ki, mükafat onu təsis edənin vəsiyyətinə uyğun ”“ siyasi-ideoloji motiv nəzərə alınaraq, uğur qazanmış ədəbiyyata verilir.

Svetlana Aleksiyeviçin bu mükafatı almasını adı hələ iki il əvvəl namizədlər siyahısında olanda gözləyirdim.

Özü haqqında, yazdığı kitabların mövzusu barədə bildiyimdən ona qarşı bir yaxınlıq duyurdum ”“ başqa namizədlərin adı mənə heç nə demirdi. Bir vaxtlar eyni ölkənin vətəndaşı olmağımız, sonra ayrı-ayrı ölkələrdə yaşasaq da bənzər həyatımız bu yaxınlığın əsas səbəbi idi, belə bilirəm.

Mükafat ona onillər boyu yazdığı beş kitablıq “Utopiyanın səsi” adlı bədii-sənədli xronikaya görə verilib. Öz taleyini özü danışan “balaca adamlar”ın kiçik tarixçələrindən böyük tarix səlnaməsi yaratdığına görə.

Təqdimat törənində çıxışı, sonra İsveçin SVT-2 kanalının Nobel mükafatı alan başqa qaliblərlə birgə təşkil elədiyi dəyirmi masada dedikləri onu dinləyən hər kəs kimi məni də təsirləndirmişdi. Elə bilirdim, məndən danışır; eşidib-gördüklərimdən, xatirə-düşüncələrimdən, taleyimdən danışır.

Dəyirmi masada Svetlana Aleksiyeviç yazıçı ilə jurnalist, bədii əsərlə publisistika arasında əla paralellər apardı. Bilirsiniz, mükafatın ona verilməsi birmənalı qarşılanmadı ”“ yazdıqlarına “publisistikadır” deyənlər oldu (Bizim son Milli Kitab Mükafatı müsabiqəsində bəndənizin “Çamayra. Kuba dəftəri”ni də eynən bu cür ittiham edənlər vardı). Bu ittihamlara isə onun cavabı qısa idi:

”Mərməri yonan vaxtı Rodeni daşyonan sayarsan, amma sonda yaratdığına baxıb ona heykəltaraş deyəcəksən. Jurnalist kimi danışdırdığım adamlar da beləcə, əsərlərimin material-qəhrəmanlarıdır, “balaca adamlar”dan mən əsər qəhrəmanı düzəltmişəm”.

svetlana1

Verilişin səhəri günü yaşadığım Karlskrona şəhər kitabxanasına gedib Svetlana Aleksiyeviçin rusca kitabını istədim. “Yoxdu, amma istəsən sifariş verib ala bilərik, 3-4 həftə çəkəcək”, dedilər. İstədim. Azərbaycan oxucusu üçün qəribə gələr, amma İsveçdə belədi ”“ kitabxana oxucunun arzusuyla xarici ölkədən kitab alıb fonduna daxil edə bilir.

Bir ay sonra telefonuma sms gəldi: “Kitabı götürə bilərsiniz”. Gedib götürdüm. “Sekond hənd zamanı” (“Время секонд хэнд”) ”“ Moskvada elə təzəcə, 5-10 gün olar nəşr edilib.

Onu qarlı bir həftəsonunda oxuyub bitirdim. Bir zamanlar vətənimiz olmuş SSRİ-nin mən görməyən üzü, vətəndaşlarının xarakteri və sovetdən sonrakı “azadlıq peşmanlığı” elə adamların öz diliylə bittə-bittə nəql olunur.

”¦Kitabı bizə maraqlı edən həm də hadisələrin zaman-məkan paralellərində Azərbaycanın dünəni və bu gününün boy verməsidi.

“İnsan özünü tanımır, tanısa ”“ qorxaq”

Kitabın elə ilk səhifələrindən adamı Milan Kunderanın “Zarafat” romanının nəfəsi vurur. Oxşarlıq eyni ideologi-siyasi məkanda yaşayanların taleyindədi. Fərq isə ondadı ki, Kunderanın qəhrəmanları ümumiləşdirilmiş obrazlardısa, Aleksiyeviç canlı şahidləri əsərə gətirib.

Mövzudan yayınmayım, bircə onu deyim ki, Kunderanın başqa əsərləri kimi “Zarafat” da totalitar rejimlərin insan həyatında, mənəviyyatında oynadığı eybəcər rol haqda mükəmməl bir romandı. Başıbəlalı qəhrəmanların yaşadığı acı həyatın bir baş səbəbkarı var ”“ sosialist sistemi! “Sekond hənd zamanı”nda isə yüzlərlə “Zarafat” qəhrəmanı var. Və Aleksiyeviçin bu yüzlərlə qəhrəmanı həm də sosializm yolunda fəda olmuş milyonların əvəzinə danışır.

”¦Oxuyanda elə bilirsən, əlindəki kitab deyil, güzgüdü. Oxumursan, güzgüyə baxırsan. Səni göstərir, sənə bağlı olan ”“ babandan balanacan ”“ adamları göstərir. Yaşadığın sovet və sovetsonrası ölkəni, orada əhatələndiyin adamları göstərir.

Kitab SSRİ-nin yaranışından çöküşünəcən, süqutundan bu günümüzəcən yaşanmış insan taleləri haqda elə o insanların öz dedikləri həqiqətlərdən ibarətdi. Müəllif epizodik hallarda görünür, o da izahlar, əlavə qeydlər gərək olanda. O, qəhrəmanlarıyla dialoqa girmir, müdaxilə etmir, sadəcə onların monoloquna şərait yaradır.

Bunlar isə adi monoloq yox, etiraf-çıxışlardı. Biri günahların etirafı ”“ cəllad tövbəsidirsə, o biri bir ömürlük dərdin göyərən üzünü, nəhayət, açıb göstərmək məqamının yetişməsindən həyəcanlanan qurbanın şahidlik ifadəsidir.

Yazıçının ustalığı qəhrəmanlarını tövbə anına gətirə, onları inandıra bilməsindədi, mənəvi boşalması üçün onları öz aurasına çəkməsində, ruhi kontakt yaratmasındadı. “Sovet adamını yalnız sovet adamı anlaya bilər. Başqasına bunları danışa bilməzdim”¦”, ”“ bunu sıradan biri yox, yüksək çinli Kreml məmuru deyir.

Svetlana Aleksiyeviçin istedadı həm də bu portret və səhnələri pazl parçaları kimi toplayıb sovet adamının bütöv bir rəsmini yaratmasındadı!

kommunalka

“Adi kommunalka”¦ Bir mənzildə beş ailə ”“ iyirmi yeddi nəfər yaşayır. Bir mətbəx, bir tualet”¦ İki qonşunun dostluğu tutur: birinin beş yaşlı qızı var, o biri təkdi. Kommunalkalarda bir-birini güdmək adi hal idi. Dinləyirdilər, pusurdular. On metrlik otağı olanın gözü iyirmi metrlikdə yaşayanı götürmürdü. Bu da belə həyatdı”¦ Və bir gecə “qara qarğa” gəldi. Balaca qızı olan qadını həbs etdilər. Qapıdan çıxanda rəfiqəsinə bunları deyə bildi: “Qayıtmasam, qızımı özünə götür, uşaq evinə vermə!” O da qızı götürdü. İkinci otağı da ona verdilər. Qız ona ana dedi ”“ “Anya ana”.

On yeddi ildən sonra əsl ana qayıtdı. Rəfiqəsinin əlini, ayağını öpdü. Nağıllar adətən bu yerdə bitir, amma həyatda başqa sonluqlar da olur. “Həppi end”siz. Qorbaçov vaxtı arxivlər açılanda keçmiş düşərgə sakinindən soruşurlar: “İşinizə baxmaq istəyirsiniz?” ”“ “İstəyirəm”. O da qovluğunu alır”¦ açır”¦ Elə üstəcə ondan yazılan danos idi”¦ tanış xətdi”¦ qonşu”¦ “Anya ana””¦imiş danosu yazan”¦

Siz bir şey başa düşürsünüz? Mən ”“ yox. O qadın da heç nə anlaya bilmədi. Evə qayıtdı və özünü asdı”¦ Mən ateistəm. Mənim Allaha çoxlu suallarım var”¦ Atamın sözlərini xatırlayıram: “Həbs düşərgəsini dözüb yaşayarsan, amma adamları sinirə bilmək olmur”.

Kitab belə ağrılı tale səhnələriylə doludu.

 “Allah bilmir, balaca adam olmaq nə deməkdir!”

Homo soveticus yekcins deyil. Onun iki tipi var: “cəlladlar” və “qurbanlar”. Aleksiyeviçin kitabı başqa sovetoloji əsərlərdən həm də onunla fərqlənir ki, burada “cəlladlar” da “qurbanlar” kimi səmimi etiraf edirlər.

Onu da deyim ki, “cəlladlar” deyəndə tək NKVD, KQB, milis orqanlarındakı stajlı işgəncə əməkdaşlarını nəzərdə tutmuram. Bu sıraya sovet tarix kitablarında haqqında bəhs olunmayan yeni bir sinfi ”“ “nomenklatura sinfi”ni də əlavə edirəm. Sovet siyasi sisteminin fəhlə və kəndlilərdən yaratdığı bu yeni sinfin əsl mahiyyəti Mixail Voslenskinin“Nomenklatura. Sovet İttifaqının hakim sinfi” (Восленский Ðœ. С. “Номенклатура. Господствующий класс Советского Союза”) adlı kitabında xırdalıqlaracan açılıb.

nomenklatura

90-cı illərin ortalarında xarici səfərlərin birində amerikalı dostum İrena Lasota Londonda rusca nəşr olunmuş bu kitabın bir nüsxəsini mənə bağışlamışdı. Bakıya qayıdanda elə yoldaca birnəfəsə oxumuşdum.

Elə ilk günlərdən bolşevik inqilabı partiya daxilində sovet cəmiyyətinin xüsusi imtiyazlı bir təbəqəsini yaradır. Sonrakı proseslərdə öz mövqeyini möhkəmlədən və nəhayətdə hakim sinfə çevrilən bu təbəqə özünü xalqdan təcrid edir. Ucqar kəndlərdən Kremləcən bir-birinə zəncirvari bağlılığı olan təbəqə öz içində xüsusi sosial baryer, məmur iyerarxiyası qurur. Bu nomenklatura sinfinə bəzən “partokratiya”, “siyasi bürokratiya” da deyilirdi.

Aleksiyeviçin “Apokalipsis təsəllisi” adlandırdığı birinci fəsildə ikinci tip sovet adamı ”“ “qurbanlar” öz etirafları ilə sosialist sisteminin əsl mənzərəsini incəliyinəcən çəkirlər. Göz önündə barmaqlarının ucunda dikəlib qabağa, gələcəyə ”“ xoşbəxt həyat vəd edən kommunizmə boylanan sadə insanlar canlanır. Amma ömür sona yetsə də o xoşbəxt gələcək gəlib çıxmır.

“Yoxsul və sadəlövh böyüdük, ağlımıza da gəlməzdi bu, kiməsə həsəd aparmazdıq. İnanırdıq ki, sabah bu gündən, o biri günsə dünəndən yaxşı olacaq. Bizim keçmişimiz də, gələcəyimiz də vardı. Hər şeyimiz vardı!”

Kommunizmdən əli üzülənlərin tək təsəllisi Apokalipsis idi. Qiyamət günündə İlahi Ədalət bərqərar olacaq! Əlacı hər yandan kəsilən gücsüz qurbanın ümidi yalnız cəlladını Allaha tapşırmağadı.

Bəs, Allah üçün elə cəllad da qurbandısa, onda necə?!

“Fikirləşirsən ki, Allah var?” ”“ “Əgər varsa, demək, ölüm hələ son deyil. Mən Onun olmağını istəmirəm”, ”“ özünü düşərgə baraklarında toz dənəsi kimi duyan milyonlardan biri deyir.

Ədalətin yetim qalan dövrüdü bəşərin ən qara tarixi!

”¦Müəllif kitabda insan xarakterini bəzən bir cümlə, bir abzas, bəzənsə bir bölmə ilə açır. Elə bilirsən, pazl parçalarının hərəsi bir insan siması, taleyidi:

16 yaşlı Roza yəhudi qızıdı. Partizan dəstəsinin komandirləri hər gecə növbə ilə onu zorlayır. Faşist təbliğatı kommunistlərə də sirayət eləmişdi. Yəhudiylə hər şey etmək olardı. ”¦Hamilə qaldığı bilinəndə aparıb meşədə güllələyirlər.

87 yaşlı Vasili Petroviç 1922-ci ildən partiya üzvü olub. Deyir ki, yaşlı qadınların göz yaşlarına əhəmiyyət verməyərək kilsəni partladıb yerində ictimai tualet tikəndə də, o tualeti keşişlərə təmizlədəndə də bunu kommunist ideyasına sədaqət bilirmiş. “Marks allahım, Leninin, Stalinin portretləri ikonam idi”. 37-ci ildə əvvəl atvadını tutublar, sonra özünü. Bir il dayanmadan işgəncə veriblər. Əvvəlki işgəncə verənlər həbs ediləndə yerinə başqaları gəlirmiş.

Qoca kommunistin on beş yaşındakı xatirəsi: “Taxılı meşədə gizlədən dayımı ələ verdim. Qızıl Ordunun ac vaxtında taxıl gizlətmək”¦ Bolşeviklər taxılı tapdılar, dayımın evini yandırdılar, özünüsə meşədə şaqqaladılar”¦ Onu öldürən dəstənin komandiri əlimi sıxıb dedi: “Tez böyü, dostum!” Sonralar 37-ci ildə onu da xalq düşməni kimi tutubmuşlar.

“Düşərgədə 3 yaşımacan anamla yaşadım”¦ Balaca uşaqlar tez ölürdülər. Qışda ölənləri yığırdılar böyük çəlləyə, yaza qədər qalırdı. Onları siçanlar gəmirirdi. Yazda, yer yumşalanda qalıqlarını basdırırdılar. Üç yaşından sonra uşaqları analardan alıb uşaq baraklarına yerləşdirirdilər”.

nkvd

NKVD cəlladının dəhşətli etirafı: “”¦İş beləydi”¦ Nəylə müqayisə edəsən? Ancaq müharibə ilə müqayisəyə gələr. Amma müharibədə mən dincəlirdim. Almanı güllələyirsən ”“ almanca çığırır. Amma bunlar”¦ bunlar rusca qışqırırdılar. Belə baxanda özümüzünkülərdi”¦ Polyakları, litovları güllələmək rahat idi. Bunlar isə ”“ rusca: “Qorxaqlar! Alçaqlar! Tez vurun, qurtarın!”, ”“ bağırırdılar. Ananızı..! Büs-bütün qana bulaşırsan”¦ ovcumuzu saçımıza silirdik”¦ Hərdən bizə döşlük verirdilər”¦ İş beləydi. Qulluqdaydıq. Növbənin sonunda bizə iki vedrə gətirirdilər: birində araq, o birində odekolon. Qurşağacan odekolonla yuyunurduq. Qanın xüsusi qoxusu var, bir az spermanın qoxusuna oxşayır. Bir itim vardı, işdən sonra mənə yaxın durmurdu. Ananı”¦! Niyə susursan? Uşaqsan hələ”¦ güllə görməyən”¦”

 “Balta yiyəsindən çox yaşayır”

Bütün rejimlərin çökən zamanı çatır. Biri əcəli aldadırmış kimi donunu dəyişib ömrünü bir qədər uzadır, o biri anında məhv olur. Kitabın “Boşluğun cazibəsi” adlı ikinci hissəsi xaos, aclıq, qorxu, inamsızlıq, peşmanlıq dolu 90-cı illərdən bu günümüzəcən olan dövrü əhatə edir. Sovetsonrası dövrün sovet adamları danışır.

”¦Homo soveticus-un xarakterini, mahiyyətini, dünyagörüşünü təhlil edən neçə-neçə fəlsəfi-sosioloji kitablar yazılıb. Kommunistlərin yaratdığı bu yeni insan tipini anlamaq, duymaq elə də asan deyil, xüsusən də Qərb araşdırmaçıları üçün.

“İnam” Plüralizm Mərkəzində işləyəndə ABŞ səfirliyi “Liberallaşma və leninçi irslər” adlı kitabın tərcüməsini və nəşrini bizə həvalə eləmişdi. Rəhmətlik Tehran Vəliyev dilimizə çevirdi, redaktoru özüm oldum. Kommunist sisteminin yaratdığı insanı, onun daşıyıcısı olduğu irsi analiz edən maraqlı kitab idi.

Svetlana Aleksiyeviçin kitabı isə başqadı. Onu bir elmi tədqiqatçı, yaxud sosioloqlar qrupu yazmayıb. Kitabı yazan kommunist epoxasını yaşamış insanların elə özləridi, onların “leninçi irslərin” daşıyıcısı olan övladlarıdı.

antisovetÖmrünü acılar içində yaşamaq insanın faciəsidi, amma daha dəhşətlisi odu ki, ümumbəşəri bilib həyatını həsr etdiyin idealların sonda çayın axmaz yerinə yığılan pis qoxulu su köpüyü kimi olduğunu görürsən və bundan havalanırsan.

Sovet marşalı Sergey Axromeyev kimi. 1991-ci ilin avqust QKÇP-si dünyanı lərzəyə gətirən bir ideyanın puçluğunu ortaya çıxaranda Kremldə özünü asır. Demə, milyonların könüllü qurban getdiyi bir ideya illuziya imiş, yaşanan əzab dolu talelər də əhəmiyyətsiz. Həqiqətin belə dəhşətli üzü də var! Onu yaxından tanıyan biri qətl versiyasını rədd edir,“onun kimi ideyaya sadiq adam yalnız intihar edə bilərdi”, deyir.

Dörd milyonluq bir ordunun marşalının ölümü sükutla keçdi, vətəndə ona nekroloq yazası bir adam da tapılmadı. “Pravda” susdu! Kreml məmurunun dediklərindən:

“Şərəf anlayışı? Sadəlövh suallar verməyin”¦ Normal adamlar dəbdən düşüblər”¦ Nekroloq-məqalə Amerikanın “Taym” jurnalında çıxdı. Reyqan zamanında qərargah rəisi olmuş admiral Uilyam Krouv yazmışdı. Hərbi məsələlərlə bağlı danışıqlarda çox görüşmüşdülər. Yad olsa da Axromeyevə ideya adamı kimi hörmət edirdi. Düşmən ona baş əyirdi”.

Bir həftə sonra oğrular qəbrini açıb üstü qızıllı orden-medalla dolu marşal mundirini oğurlayırlar. Bu vaxt isə yeni hərbi nazir həbsdə olan keçmiş nazirin arvadını evindən zorla çıxartdırırdı ”“ mənzilə yiyələnmək üçün!

İki tip sovet adamından danışıram. Elə sovet əxlaqı da iki cür idi ”“ biri “bolşevik-cəllad-nomenklatur” insanın əxlaqı, biri də səmimi qəlbdən “cahana sülh” arzulayan sadəlövh sovet adamının əxlaqı. Bunlar bu medalın iki üzü deyillər, bunlar bir ananın doğduyu əkiz oğur kimidilər ”“ biri rahib, o biri cani”¦

 “Sosializm bitdi, bizsə qalırıq”

Yetmiş illik sovet dönəmi insanların dəbdəbəli evlərdən baraklara, baraklardan kommunalkalara, ordan da xruşşovkalara köç tarixidi.

Sovetin tək azad guşəsi “xruşşovka” mənzillərin bapbalaca mətbəxiydi.

“XIX əsrdə rus mədəniyyəti dvoryan mülklərində yaşayırdı, XX əsrdə isə mətbəxdə. Bütün “altmışıncıların” ömrü ”“ “mətbəx” ömrüydü. Sağ olsun, Xruşşov! Biz onun dövründə kommunal evlərdən çıxıb, öz mətbəximizi əldə elədik, o mətbəxi ki, orada hökuməti söyə bilirdik. Orda dissident söhbətləri edirdik. Orda fantastik ideyalar yaradır, siyasi lətifələr qoşurduq”.

Sovetdən sonrakı köçün də miqyası böyük oldu. Bir yol “müttəfiq respublikalar”dan Moskva zirzəmilərinə ”“ qul həyatına gətirdisə, o biri yol da Avropaya, Amerikaya ”“ “xoşbəxt röyalar” axtarışına apardı.

Homeless Soviet Man Sitting by Tent City

90-cı illərdə azadlıq nəşəsindən sonrakı ümid qırıqlığı fonunda insanların bir başqa faciəsi başlayır. “Mənim vaxtım ömrümdən tez bitdi. Vaxtında ölmək lazımdı. Dostlarım kimi”¦”

Səfil gününə düşən sovet intellektuallarının söylədikləri Famil Mehdinin elə həmin illərdə  yazdığı “Dilən professor, utanma, dilən!” şeirini xatırladır:

“Hanı o qırmızı diplomlar, hanı?

Nəyinə gərəkdir torbada qala,

Çıxar hamısını cır, at, tapdala.

Yandır cild-cild, yansın əl yazın,

Sən kimə gərəksən, o kimə lazım?”

Aleksiyeviç də kitabında belə yazır:

“Daha onlar heç kimə gərək deyillər. Sosial lift işləmir. İntellektual adam üçün on-on beş il işsiz-gücsüz qalmaq, iflic durumda, gərəksiz olmaq nə deməkdir”¦ On il sonra Minskə dönəndə dəhşətə gəldim ”“ nə qədər dost-tanış ölmüşdü. Onların ölümünə səbəb zamanlarının oğurlanması idi. Keçmişdə konservləşmişdilər. Əvvəl ümumi Zamanı oğurladılar, sonra da onların şəxsi zamanlarını”.

Tanış mənzərə deyilmi? Nə qədər intellektual adam, vicdanlı düşünərimiz cəmiyyətin “sosial zirzəmilər”inə “çökdü”, vaxtsız-vədəsiz öldü. “Darvin nəzəriyyəsinə görə güclülər yox, uyğunlaşa bilənlər sağ qalır”. Uyğunlaşa bilməyənlər Yeni Zamandan sağ çıxmadılar.

matroska

Tarixin həqiqət üzü tarixçilərin yazdıqları deyil, onun canlı şahidlərinin dedikləridi. Kommunist ideyasının yüzlərlə başqa qurbanının etirafı, naləsi var kitabda.

Seçib bəzi başqa sitatları öz dilimizdə yazıya salmağı lazım bildim. Kitabda danışanların çoxu rusdu, amma dedikləri əksər keçmiş sovet ölkəsinin insanına şamil oluna biləsi sözlərdi. Sovetsonrası müasir Azərbaycanla oxşar mənzərəni oxucu rahatca görəcək.

”¦“İnanmışdıq ki, küçədə bizi demokratiyaya aparacaq avtobuslar durub gözləyir”.

”¦ “İş Yeltsində, Putində deyil, biz köləyik ”“ bax, bundadır! Kölə qəlbi! Kölə qanı! “Yeni ruslara” baxırsan”¦ “Bentli”dən düşür, pulu ciblərində aşıb-daşır, amma kölədir”.

”¦”Beş ilə Rusiyada hər şey dəyişə bilər, amma iki yüz ilə heç nə, ”¦ psixologiya kölədi”.

”¦“Sosializmdə pul qazanmağı öyrətmirdilər”.

”¦“Ölkəyə azad adamlar lazımıydı. Onlarsa yoxuydu. İndi də yoxdular”.

”¦“Kasıbı dəvə belində də it qapar”.

 ”¦“Cəmiyyət özü haqda həqiqətdən qorxur”.

”¦“İnsandan vəhşisi yoxdu. Adamı öldürən adamdı, güllələr yox”.

”¦“İndi çoxları sovetə dönmək istəyər, bir şərtlə kolbasa bol olsun”.

 ”¦“Rus romanları həyatda uğur qazanmağı öyrətmir. Necə varlanmalı”¦ Oblomov divanda uzanır, Çexovun da qəhrəmanları çay içir, həyatdan gileylənir”¦”.

”¦“Hardasa qorunur göz yaşlarımız”.

”¦ “Adamda birinci dəli olan saçlarıdı”.

 

”¦“O vaxt desəydilər, ölkənin prezidenti KQB podpolkovniki olacaq”¦”

”¦“Mən sovet adamını illərlə içimdə tapdayıb əzdim, vedrə-vedrə atıb boşaltdım”, deyir müstəqillik illərində uğur qazanmış qəhrəman. Çoxdurmu beləsi? Düzmü deyir? Belə asandırmı beyinlərdən silmək, vərdişlərdən azad olmaq?

”¦“Sovet adamı ”“ it kimi acıqlı, balıq kimi susqun”, Aleksiyeviçin qəhrəmanı deyir bunu. Çoxmu dəyişib bu adam? Sağ-solumuzdakılara, elə güzgüdəki üzümüzə baxaq. Postsovet adamı elə sovet adamının özü deyilmi? Öz “cəllad”ları və “qurban”ları ilə bialeksiyeviçrlikdə”¦

İyirmi beş ildə “leninçi irs”dən azad ola bildikmi?

***

Mükafat, özü də Nobel mükafatı, almaq yazıçı uğurunun ölçü meyarıdı, şübhəsiz. Amma mənim üçün əsas meyar həqiqəti bəzək-düzəksiz yazmaq istedadı və hünəridi. Svetlana Aleksiyeviçin kitabı mənə həm də buna görə doğma gəldi.

Vahid Qazi

Karlskrona, İsveç

//www.vahidqazi.wordpress.com

Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı