Moderator.az “Kino-kryoz”x9d layihəsində bu dəfə 1961-ci ildə lentə alınan, dərin süjet xəttinin olmamasına baxmayaraq bu gün də sevilən “Böyük dayaq”x9d filmindən danışacaq.
Dövrün tələbi
Rejissor Həbib İsmayılov tərəfindən ekranlaşdırılan filmdə təbii ki, hansısa böyük kino hadisəsi axtarmaq gülünc olardı. Primitiv süjet xətti, “hər şey kolxoz üçün”x9d sloqanı ətrafında düşüncələr və s. həm ədəbiyyatda, həm də kinoda “yuxarı”x9dnın göstərişi kimi parlaq təcəssüm edilməli idi. Elə “Böyük dayaq”x9d da kinoya ədəbiyyatdan gəldi. Mirzə İbrahimovun “Gələcək gün”x9dün yanına qoyulması mümkün olmayan (buna baxmayaraq sevilən) başqa romanı “Böyük dayaq”x9d sərfəli tirajla çap edilmişdi. Kommunizm ideologiyasının təbliği olan filmdə Mirzə İbrahimov Rüstəm kişini əslində özünün prototipi kimi göstərmək istəyirdi. Çünki o, da ömrü boyu məsul vəzifədə çalışmış və ən böyük dayağın xalq olduğunun fərqinə varmışdı.
Get-gələ salınan Həsən Məmmədov
Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlar cərgəsində olan mərhum Həsən Məmmədov üçün “Böyük dayağ”x9dın yeri başqadır. Çünki film aktyorun ilk ekran işi idi. Amma H. Məmmədov üçün filmə çəkilmək asan olmur. Onu əvvəlcə Qaraş rolu üçün çəkilişlərə dəvət etsələr də rol sonradan güləşçi İbrahimə həvalə edilir. Romanda cüssəli kənd uşağı kimi təsvir olunan Qaraşı Sarı Süleyman oğlu güləşçi İbrahimə daha uyğun görürlər. O zaman tələbə olan gənc Həsən yay tətili olduğundan roldan əlini üzərək rayona gedir. Bir də filmin çəkiliş meydançasına gələcəyini düşünmür. Rayona çata-çatda onu təcili Bakıya dəvət edirlər. Həsən Məmmədov heç özü də gözləmədən rol üçün təsdiqlənmişdi. O zaman filmin qrim ustası olan bir qadının təkidi ilə cüssəli güləşçi yox, arıq, qaraşın təmiz kənd uşağı filmə təsdiqlənir.
Sillə əhvalatı
Onsuz da xeyli dedi-qoduya səbəb olan filmdə sonradan şişirdilən başqa detal da var. Bu da Rüstəm kişinin (Ələsgər Ələkbərovun) Qaraşa sillə vurması ilə bağlıdır. Sillə həqiqətən də təbii alınmaq üçün bərkdən vurulur. Amma bundan Həsənin xəbəri olur. Danışılan söz-söhbətlərdə isə rejissorun Ələsgər Ələkbərovla gizli sözləşməsi və yumşaq sillə əvəzinə Qaraşa qəfil möhkəm zərbə vurulduğu deylir. Amma əslində elə deyil. Həsən Məmmədov da bu barədə razılaşdırılır. Hətta Ələkbərov iri əlini ona göstərərək “bunun qabağında duruş gətirə bilərsən, yıxılmassan ki”x9d, deyə soruşur. Təbii ki, o zaman cavan olan H. Məmmədov özünü sındırmır. Amma sınaq çəkilişlərindən fərqli olaraq əsas epizodun çəkimi zamanı sillə nə təhər bərk dəyirsə aktyor özünü yıxılmaqdan zorla qoruyur.
Yalançı yəhər
Filmdə çox ötkəm bir obrazı yaradan Ələsgər Ələkbərovun ulduzu “Böyük dayaq”x9dla heç barışmır. Əvvəla çəkiliş zamanı bəzi kənd səhnələrini oynamalı olan aktyora böyrək ağrıları əziyyət verir. At çapmağı isə bu səbəbə görə ümumiyyətlə bacarmır. Yaylaq səhnəsində və başqa epizodlarda at çapan əslində Rüstəm kişi deyil. Uzaq planda onu əvəz edirlər. İti planda isə operator Xan Babayev çox maraqlı bir detal düşünür. O, yük maşınındakı kuzovun kənarına yəhər bağlayır. Yəhərə oturan aktyor asta-asta gedən maşının sayəsində at sürürmüş kimi təsir bağışlayır.
Dedi ”“qodu qəhrəmanı olan faciə
Hər zaman ağır xarakterli, ciddi görkəmli dramatik rolların ifaçısı kimi tanınan aktyor Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq”x9d filmi oldu. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, “Lal Hüseynlə Rüstəm kişi davası”x9d epizodu çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Özü də çox möhkəm dəyir. Aldığı xəsarət sonradan aktyorun həyatdan köçməsinə səbəb olur.
O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.
Elmin Nuri