“Günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır”x9d
Müsahibə
5903
08 Mar 2016 | 13:06

“Günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır”x9d

Moderator.az saytının müsahibi gənc nəsil aktyorlar arasında öz məhsuldarlığına görə fərqlənən sənətçidir. O, son illər çəkilən filmlərin əksəriyyətində rol alıb. Onların arasında “Çölçü”x9d, “Dərvişin qeydləri”x9d, “Yarımçıq xatirələr”x9d, “Vəkil hanı”x9d və başqaları var. Hazırda Azərbaycan Dövlət Pantomim Teatrının rejissor-aktyoru olan Bəhruz Vaqifoğlu səhnədə də bir çox əsas rolları ifa edib. Onunla çağdaş Azərbaycan kino və teatrının vəziyyəti barəsində söhbətləşdik:

- Yeni çəkilən yerli filmlərin bəzilərində rol almısınız. Sizcə, son illərdə ekranlaşdırılan filmlərin çatışmayan cəhətləri hansılardı?

- Son illərdə yeni-yeni flimlər çəkilməyə başlanılıb. Dövlət sifarişi ilə çəkilən flimlər, azad prodakşnlarda çəklən filmlər. Bunların içində komediya, dram, hətta qorxu filmləri yer alır. Bu çox sevindirici bir haldır. Sizin sualınıza gəlincə, ilk növbədə bir çoxlarında ideya çatışmır. Ssenaridə, aktyor oyunlarıda, geyimlərdə, musiqilərdə, görüntülərdə, rejissor işində, montaj, rənglərdə, afişalarda xa0bir ideya olmalıdır. Bunların hamısı ideyaya qulluq etməlidir ki, flim də alınsın.

- Baş rolunu ifa etdiyiniz “Çölçü”x9d filmi maraqla qarşılandı və bir neçə mükafata da layiq görüldü. Amma film barəsində fikirlər birmənalı deyil. Vidadi Həsənovun ssenarisi ekranda tam halı ilə canlandırıla bildimi?

- “Çölçü”x9d flmi həqiqətən də birmənalı qarşılanmadı. Bu isə o deməkdir ki, flim artıq var. Film 30-a yaxın festivalda iştirak edib. Mükafatlar alıb. “Çölçü”x9d həqiqətən də bu zamanın filmdir. Öz ideyası, özünəməxsus görüntüləri olan filmdə rejissorun dəqiq çatdırılmaq istədiyi mesaj var. Ona görə Vidadi Həsənovun yazdığı ssenaridə bir çox dəyişikliklər edilmişdi. Məhz bu mesajı vermək üçün. Məncə filmin uğuru da bunda idi.xa0

- Hazırda böyük sənətkar Bəxtiyar Xanızadənin əsasını qoyduğu Dövlət Pantomim Teatrında çalışırsınız. Həmin teatr bu gün xa0Azərbaycan kinosuna və teatrına, ümumiyyətlə incəsənətə nə kimi töhfələr verir?

- Bəxtiyar Xanızadənin Yaratdığı Pantomim teatrı incəsənət üçün yetərindən artıq töhfələr verib. Bilirsiz bunu kinoya da, teatra da, elm ocaqlarına da , hətta televiziya üçün də nəzərdə tuta bilərəm. Biz bu teatrda aktyor sənəti ilə bərabər ssenari yazılmasını, tamaşa dekorunu, tamaşalara musiqilərin seçilməsi, tamaşalara quruluşun verilməsi və s. kimi mətləbləri mənimsədik. Bu səpkidə yetərincə işlər görürük. Hər birimiz harda olsaq hər zaman gördüyümüz işlərlə seçilirik. Buna görə ustadımıza minnətdaram.xa0

- Çox olmasa da seriallara da çəkilmisiniz. Maraqlıdır Pantomim Teatrı kimi ciddi və səviyyəli sənət ocağının aktyoru indiki seriallarda nə kimi naqisliklər örür?

- İki serialda oynamışam - biri “Əzik pullar”x9d adlanırdı. Bu serialda aktyorlar bölümə görə dəyişirdi. Bir də “Aydın”x9d serialının birinci seriyasında oynamışam. Seriallarımızda hansı nöqsanları görürsünüz deyəndə ki... Serial çəkən rejissorlarımız orada hansı nöqsanları görürlərsə, biz də onları görürük. Misal üçün, mən tort istəyirəmsə tortu bişirmək üçün nə lazımdırsa, mətbəxtimdə olmalıdır. Tutaq ki, yumurta, un, şəkər tozu və sairə. Əgər bunlardan biri yoxdursa, onda mənim bişirdiyim tort olmur..

- Siz həm də peşəkar rejissorsunuz. xa0Dayanmadan çəkilən kommersiya məqsədli ucuz komediya filmlərinin sənətə olan ziyanı barəsində xa0bir rejissor olaraq nə deyə bilərsiniz?

- Bilirsiz əgər belə flimlər çəkilirsə bunun günahını heç kimdə görmək olmaz. Məncə günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır. Onlar bu filmləri yayımlayanda, nəhəng afişalar çıxarıb, təmtəraqlı təqdimatlar edib tamaşaçıları flimə baxmağa həvəsləndirəndə və nəticədə ortalıqda bir şey olmayanda, ikinci dəfə yaxşı flim olsa belə sən o tamaşaçını inandıra bilməzsən ki, bu səfərki yaxşıdır. Ona görə bu cür filmlərin yayımlanmamasının daha çox tərəfdarıyam. O zaman film çəkənlər xa0də filmləri ortalıqda qalmasın deyə yaxşı flim çəkərlər.

- İstiqamətiniz əsasən pantomim janrıdır. Teatrınıza olan tamaşaçı marağı sizi qane edir?

- 2005 ci ildən pantomima teatrında çalışıram. 11 ildə bir çox tamaşaçılarımız olub. Daimi tamaşaçılarımız da var, dost olduğumuz tamaşaçılarımız da. Hazırda bizim tamaşaçı zalımız çox kiçikdir. 40 tamaşaçı yerimiz var. Ona görə tamaşaçıdan heç vaxt şikayətimiz olmur. (gülür)

- Mədəniyyət və İncəsənət Universitetini bitirmisiniz. Bu gün o təhsil ocağında xa0teatr və kino üçün kadr hazırlamaq potensialı yetərincədirmi?

- Bildiyiniz kimi 2014-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rektoru dəyişildi. Yeni rektorumuz Fərəh Əliyeva universitet daxilində çox gözəl islahatlar aparıb və aparır. Hərdən universitetin tədbirlərində və dərslərində iştirak edirəm. Düşünürəm ki, indiki tələbələr xoşbəxtdirlər. Fərəh xanım onlar üçün hər imkan yaradır. Onlara yalnız oxumaq və çalışmaq qalır.

- Bəhruz bəy, sonda sənətin gələcəyindən danışaq. Azərbaycan kinosu və teatrının gələcəyini necə görürsünüz?xa0

- Bu suala cavab vermək mənim üçün çətin olsa da öz düşündüyüm qədər cavab verə bilərəm: nə qədər ki biz başqa millətlərin filmlərinə bənzəmək istəyəcəyik, nə qədər ki başqa millətin teatrına bənzəmək istəyəcəyik bizim gələcəyimiz deyilən bir şey yoxdur. Mən demirəm ki, biz baxmayaq, oxumayaq, araşdırmayaq. Əlbəttə dünyada hansı proseslər gedirsə onları izləmək lazımdır. Amma gördüyümüz hər iş bizə aid olmalıdır. Əgər mənim bu fikrimə istehza ilə yanaşanlar olsa onlara gürcü flim və tamaşalarını misal çəkə bilərəm.

Elmin Nuri
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər