Gündəm
4882
03 Mar 2016 | 11:34

"Şuşa veriləndən sonra Azərbaycanda hərbi çevriliş olmalı idi"

“Yeni Müsavat”x9d qəzetində dərc olunmuş “Elçibəy iqtidarının fevral səhvləri”x9d sərlövhəli yazı keçmiş müdafiə naziri Rəhim Qazıyevin qəzəbinə səbəb olub və o, saytımıza göndərdiyi yazıda Elçibəy komandasının bir çox üzvləri haqqında ciddi ittihamlar irəli sürüb.xa0

“Yeni Müsavat”x9dda gedən həmin yazının müəllifinin Elçibəy iqtidarının hakimiyyətdən getməsinə səbəb olan əsas fiqur kimi Surət Hüseyinovu qabartması Rəhim Qazıyevi əsəbiləşdirib və o da öz növbəsində əks-arqumentlərlə kimin daha çox günahkar olduğunu sübuta yetirməyə çalışıb.xa0

Moderator.az mövzunun aktuallığını nəzərə alaraq Elçibəy hakimiyyəti dövründə baş nazir olmuş Pənah HüseyninMilli Məclisin 4 iyun 1993-cü il Gəncə hadisələrini təhqiq edən deputat-istintaq komissiyasına təqdim etdiyi materialdan hissələr təqdim edəcək. Bu materialdan parçalar 1993-cü ildə mətbuatda "Cinayətimiz məğlubiyyətimizdir" sərlövhəsi ilə dərc olunub və böyük rezonansa səbəb olub.

Əminik ki, ayıq oxucu bu hissələri oxuyandan sonra özü üçün çox məqamları dəqiqləşdirəcək.xa0



"... və bir çox peşəkar hərbçilər məğlubiyyətləri xeyli dərəcədə S.Hüseynovun hərbi işi bilməməsi (onun təyyarələrlə verdiyi komandalar haqqında lətifələr danışırdılar) səriştəsizliyi, valyuntarizmi, ancaq rus hərbi məsləhətçilərindən istifadə etməsi, özbaşınalığı (o, zabitləri məhkəməsiz saldırır, hərbi əks-kəşfiyyatın zabitlərini döyüdürür və s.) ilə izah edirdilər. Bundan başqa bütün cəbhə ətrafı yerli hakimiyyət orqanları (Mürşüd Məmmədov müstəsna olmaqla) S.Hüseynovun özbaşınalığından şikayət edirdilər.xa0

Bütün bu amillər və burada qeyd etməyi lazım bilmədiyim başqa məlumatlar S. Hüseynova (şübhəsiz ki, birinci növbədə və daha R.Qazıyevə) qarşı narazılığı artırırdı. Döyüş əməliyyatlarında hədsiz itkilər və bunun hədər getməsi rəhbərlikdə əsəbilik və şok vəziyyəti yaratmışdı və hərbi rəhbərlikdə dəyişikliklər ediləsi, ordu quruculuğu, müharibənin strategiyasında yeni prinsiplərin, istiqamətlərin müyyən olunması rəyi formalaşdırırdı.xa0

09 fevralda (1993) AXC İK-nın bəyanatı artıq yetişmiş hadisələri sürətləndirirdi. Mənin həqiqətən həmin bəyanatın hazırlanmasından və yazılmasından xəbərim olmayıb. Lakin təxminən 1 saat, ya yarım saat həmin bəyanat TV-də getməmişdən əvvəl mənə məlumat verilib ki, belə bir bəyanat TV-dədir. Mən mane olmamışam. Mən sonralar S.Hüseynova da demişdim və burda da bildirirəm ki, indi deyildiyi kimi S.Hüseynova qarşı hücumlar əslində R.Qazıyevə qarşı idi. Mənim fikrimcə, AXC-nin bəyanatının mahiyyəti bu idi. Çünki dövlət quruculuğunun, ordu quruculuğunun, xarici siyasət quruculuğunun biz başa düşdüyümüz mənalarında yolunda əsas əngəl R.Qazıyev idi. R.Qazıyev bu bir ildə bizim başıma nə oyun açıb bir allah bilir.
xa0
Bu adama elə gəlirdi ki, biz onun payını əlindən almışıq. Axı indi çoxlarına məlumdur ki, Şuşa təhvil veriləndən sonra (ümumiyyətlə burda qaranlıq cəhət yoxdur) Azərbaycanda hərbi çevriliş olmalı idi. (Çünki artıq onda Ə. Elçibəyin seçkilərdə mütləq qalib gələcəyi hamıya aydın idi). xa0Hərbi çevriliş vaxtı mayın 18-nə təyin olunmuşdu. Bundan əlavə Ali Sovetdə R. Qazıyevin dəfələrlə prezident seçkilərini dayandırmaq və prezidenti Ali Sovetdə seçmək təkliflərinin mənası da bu idi. Əslində bütün bunlardan əvvəl Mütəllibovun ətrafının onu satması, əslində həmin qüvvələrin bəzilərinin hələ o dövrdə R.Qazıyevin ətrafında birləşməsi də Moskva ilə danışıqların nəticəsi idi. A.Mütəllibovun qayıtması əməliyyatı (Şuşanın verilməsi, yaxud ruslar tərəfindən alınması bu əməliyyatın tərkib hissəsi və seçkilərin pozulması üçün idi). Ehtiyat olaraq mayın 18-də hərbçilərin hakimiyyətə gəlməsi, R.Qazıyevin prezident elan olunması variantı da hazırlanmışdı. Mayın 15-də biz hələ AXC qərargahı qarşısında olarkən F.Hacıyev bu barədə onun əlaqədar olduğu yüksək rütbəli Müdafiə Nazirliyi işçisinə istinadən məlumat vermişdi ki, hərbçilər çevrilişə hazırlaşır. Artıq mayın 16, ya 17-də R.Qazıyev Ali Sovetin iclasında səhər saat təxminən 10-11 arası bunu bəyanat şəklində verdi. Təxminən belə ki, ordu daha mütəşəkkil bir qüvvə kimi bu ağır gündə məsuliyyəti öz üzərinə götürür. Bu, həmin vəziyyətdə gülünc göründü, çoxları hətta bu bəyanata ciddi fikir də vermədi. Təkcə F.Cəlilov replika verdi ki, sən heç orudunu idarə edə bilmirsən, ölkəni necə idarə edəcəksən? Və hətta müzakirə belə açmadı. Yenə həmin gün o, bu bəyanatı mitinqdə elan etməli, E.Məmmədovun dediyinə görə, ona yazılıb verilmiş bəyanatı oxumalı idi. Ə. Elçibəyin əlindən mikrofonu dartıb aldığı gün! Lakin buna cəsarəti çatmadı və ümumiyyətlə həmin dövrdə AXC-nin qüvvəsi elə idi ki, bu, mümkün deyildi. Lakin R.Qazıyev həmin dövrdən dəli kimi idi. Ona elə gəlirdi ki, xa0o, qazanır, biz yeyirik. Ona elə gəlirdi ki, hamı pul yığmaqla məşğuldur. Respublikanı isə o saxlayır. Onun ordu yaratmaq əvəzinə, MN nəzdində firmalar açmaq, MN-nin bank hesabı açması, xa0mandarin-feyxoa ticarəti etməsi, Nargin adasında istirahət zonası yaratmaq istəməsi, yəni ümumiyyətlə MN-ni təxminən respublika içində respublika etmək, gəlir, qazanc, təsərrüfat mənasında istəyi və fəaliyyəti adamı dəhşətə gətirirdi. Bu adamın bütün fikri pul, kommersiya və s. ilə məşğul idi. Sonradan o vitse-prezident olmaq eşqinə düşmüşdü və haqlı olaraq hesab edirdi ki, biz buna razı deyilik və bizə (şəxsən mənə) nifrəti bir az da artmışdı. O, S. Hüseynovu həqiqətən müdafiə edirdi. xa0Çünki onu orduda sayan yox idi və hərbçi kimi bir tərəfə qalsın təşkilatçı kimi də fərsiz olduğunu, yəqin ki, ürəyində hiss edirdi və S.Hüseynovsuz keçinə bilmirdi. Lakin prezident mənə demişdi ki, o, S.Hüseynovu istefaya onun əli ilə mümkünlüyünü də ona demişdi. Əgər MTN-də Şerbakla R.Qazıyevin telefon danışığı kassetinə qulaq asılsa, onda onun S. Hüseynovu müdafiə etməsinin əsl səbəbi aydın olar. Şerbak ona deyir:

- Bu gün Surətdir, sabah Baba Nəzərli, sonra sən.xa0

O əslində özünü müdafiə edirdi.xa0

... Mən indi də əminəm ki, Surət Hüseynov hərbi qüvvələrə rəhbərlikdən uzaqlaşdırılmalı idi. Onun ətrafı təmizlənməli idi. Günahkarlar cəzasını almalı idi. Sonrakı hadisələr bunun zəruriliyini sübut etdi".xa0

Ardı var... xa0
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər