Tehran Vəliyevi mən Bakıya gələndən ”“ 1985-ci ildən tanıyıram. Dostluğumuz isə 1992-ci ildə ”x9dAzərbaycan”x9d qəzetində başladı. O vaxt o, qəzetin beynəlxalq şöbəsinin müdiriydi.
Xeyli yaş fərqimiz olsa da bizimki tuturdu. Qəribədi, dost dediyim adamların böyük əksəri yaşca məndən xeyli böyükdülər. O da qəribədi ki, bu böyük dostlar bir-bir dünyadan köçdükcə dünyanı daha aydın dərk etməyə başlayıram elə bil. Hər dost ölümü dünyanı dərkə sarı bir addımdı sanki.
Boşluğa doğru!
”¦Bir gün Tehranı ”x9dİnam”x9d Plüralizm Mərkəzinin tərcümə layihələrinə dəvət elədim. O vaxtdan birgə işimiz başladı. İnsan hüquqları sahəsində BMT konvensiyalarından tutmuş müxtəlif beynəlxalq protokollaradək, 17 sənədi ilk dəfə dilimizə mükəmməl peşəkarlıqla çevirdi. Sonra bütün bu sənədləri ”x9dİnsan haqları: Bəşər rifahının təməli”x9d kitabında nəşr elədik. Nə illah elədim, kitabın təqdimatında bir kəlmə söz demədi. Belə təvazökarlığı vardı.
ABŞ səfirliyinin kiçik qrant layihələri çərçəvisində Amerikanın dövlət quruculuğu və iqtisadi mexanizmdən bəhs edən demokratiya mövzulu bir xeyli hüquqi sənəd və broşur da Tehranın tərcüməsində ərsəyə gəldi. ”x9dLiberallaşma və leninçi irslər”x9d adlı 253 səhifəlik kitab isə səfirlikdə böyük hadisə kimi qarşılandılar.
Müxtəlif vaxtlarda nəşr etdiyimiz ”x9dIII Sektor”x9d, ”x9dToplum”x9d jurnalları üçün dünyanın aparıcı demokratiya dərgilərindən Frensis Fukuyama, Samuel Hantinqton, Çarlz Feyrbanks, Stiven Sestanoviç, Vladimir Bukovski kimi neçə-neçə məşhur fikir adamının aktual yazılarını birgə seçdik. Onları da yüksək keyfiyyətdə dilimizə çevirdi, Nelson Mandelanın inaqurasiya nitqini, çex dissidentlərinin ”x9dCharta 77”x9d sənədini, Mustafa Cəmilovun məhkəmədə məşhur son sözünü və bu sayaq onlarla mətni də.
Onun əsas arzusunu isə reallaşdıra bilmədik.
Bir gün Tehran hələ 1991-ci ildə tərcümə elədiyi kitabdan söz saldı. Sən demə ABŞ prezidenti Ronald Reyqanın zövcəsi Nensi Reyqanın ”x9dMənim növbəm”x9d kitabını sifarişlə tərcümə etsə də sovet höküməti dağılandan sonra nəşriyyat çapa pul tapmayıb, eləcə qalıb. Həvəslə belə bir maraqlı kitabın nəşri üçün ora-bura baş vurdum.
Mətni saralmış makina vərəqlərindən kompüterə ”x9d525-ci qəzet”x9din əməkdaşı Fatma xanım yığdı. Layihə yazıb ABŞ səfirliyi, o yekəlikdə Amerikanın bir xeyli şirkətinəcən müraciət elədim. Reyqan fonduna yazdım, şəxsən fondun prezidenti Nensi Reyqana. Yazdım ki, Selencer, Folkner kimi Amerika yazıçılarını dilimizə ustalıqla çevirmiş bir tərcüməçi dostumuz Sizin kitabı təmannasız tərcümə edib, amma nəşrinə kömək lazımdı. Xanım Reyqan maliyyə yardımı edə bilməyəcəyini yazıb müqavilə forması göndərdi. Kitabın tərcümə və nəşr hüququnu bizə verdi. Dilxor olmadıq, əksinə, Reyqanın imzasına baxıb daha da həvəsləndik. Amma nəşrə pul tapmadıq.
Tehran o kitabın nəşrini çox istəyirdi, tez-tez təkrarlayırdı ki, Reyqan kimi adamın ”x9dİndi danışmaq növbəsi mənimdi”x9d iddialı xanımının kitabı hər zaman aktualdı.
Ofisimizin üzü getmiş divanında oturubThe Catcher in the Rye xanım Reyqanın göndərdiyi müqaviləyə sevinc dolu nəzərlərlə baxan bir başqa Tehran idi. Bir də qızının toyunda onu heylə sevinən gördüm.
”¦İsveçdə yaşayan dostum Bilal Bakıdan ötən həftə dönüb. Xahiş eləmişdim ki, ona veriləcək kitabları gətirsin. Gətirdikləri arasında Tehranın Selencerdən çevirdiyi ”x9dÇovdarlıqda uçurumdan qoruyan”x9d da vardı. Həmin gün kitabı vərəqləyib uşaqlarıma Tehrandan danışanda onun ağır xəstə olduğunu bilmirdim.
Kitabları uşaqlar üçün gətirtmişəm. İndi oğlum onun tərcümə etdiyi romanın qəhrəmanı yaşdadı. Kitabı oğluma verəndə dedim ki, bu kitabla tək Holden Kolfildi sevməyəcəksən, Azərbaycan dilinin gözəlliyini də duyacaqsan.
Amma öldüyünü ona hələ deməmişəm. Heç deməyəcəm də. Bilib soruşsa, deyəcəm ki, Tehran bax bu kitabda yaşayır. O da uçurum keşikçilərindəndi.
“Tehran Vəliyev dilimizi uçurumdan qoruyur”x9d ”“ deyəcəm!
Vahid Qazi
Karlskrona, İsveç