“Vaxtıykən türk xalqları Rusiyanı barmağının ucunda oynadırdı...
Gündəm
4648
10 Feb 2016 | 10:29

“Vaxtıykən türk xalqları Rusiyanı barmağının ucunda oynadırdı..."

Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Türkiyənin Rusiya ilə mübarizədə türk-islam faktorundan istifadə etməsinin mümkünlüyünü şərh edib. Ekspert hesab edir ki, indiki şəraitdə Türkiyənin bu amildən Rusiyaya qarşı istifadə etməsi o qədər də asan deyil:

“Təbii ki, Türkiyə bu imkandan yararlana bilər, lakin bunu da deməliyik ki, bu, çox çətin məsələdir. Baxın, bu gün ən türkpərəst dövltələrdən biri Qazaxıstandır,  ancaq Qazaxıstan da ehtiyatlı mövqe sərgiləyir və Rusiyaya qarşı açıq mövqe ortaya qoymaq istəmir. Ancaq bunu da bilmək lazımdır ki, hər şeyin bir vaxtı, bir zamanı var. Vaxt gələcək hər şey başqa məcrada cərəyan edəcək. Tatar xalqı da, çuvaş xalqı da, kazan xalqı da, digər xalqlar da oyanacaq. Necə ki, vaxtıykən Çingiz xan, Batı xan və başqaları Rusiyanı barmağının ucunda oynadırdı, bundan sonra da bu xalqlar, onların qabaqcıl nümayəndələri Rusiyanı yerində oturdacaq və ona öz yerini göstərəcəkdir. Onlar Rusiyaya başını aşağı salıb digər dünya xalqları kimi dinc yaşamağı öyrədəkdir. Şəxsən mən buna inanıram”x9d.

 

Seymur Əliyev

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər