“Bu avantüranın ən ciddi zərbəsinin Rusiyaya dəyəcəyindən əminəm”x9d
Siyasət
5651
08 Feb 2016 | 22:19

“Bu avantüranın ən ciddi zərbəsinin Rusiyaya dəyəcəyindən əminəm”x9d

Millət vəkili, BQP başqanı Fazil Mustafa Rusiya Dövlət Dumasının kommunist fraksiyasının bir neçə deputatının ötən əsrin əvvəllərində Sovetlər İttifaqı ilə Türkiyə Cümhuriyyəti arasında bağlanan müqaviləyə yenidən baxılmasıyla bağlı faşistsayağı təşəbbüsünə Moderator.az - a açıqlamasında sərt təpki göstərib və bu avantüranın ən ciddi zərbəsinin elə Rusiyanın özünə dəyəcəyini bildirib:

"Rusiya vaxtilə bağlanan bütün müqavilələrə yenidən baxmağı təklif edirsə, bu artıq dünya xəritəsinin yenidən cızılmasna yönələn anormal bir xarici siyasət kursudur. Xüsusilə də Sovet Rusiyasının varisliyini öz üzərinə götürmüş bir dövlətin onun dövründə bağlanan müqavilələrə sadiq qalmaması, müstəqillikdən sonra bağladığı bütün müqavilələrə şübhə ilə yanaşmağa əsas verir. Moskva müqaviləsi qüvvədən düşərsə belə, yenə də 1921-ci ildə beş ölkənin iştirakı ilə bağlanmış Qars müqaviləsi bütün tərəflər imtina etmədikcə öz hüquqi qüvvəsini saxlayır və heç bir dövlət Naxçıvanın hüquqi stausunu şübhə altına ala bilməz. Bu məsələnin gündəmə gətirilməsini son vaxtlar Rusiyada Türkiyəyə qarşı alınan məntiqsiz qərarların davamı kimi qiymətləndirirəm və bu avantüranın ən ciddi zərbəsinin Rusiyaya dəyəcəyindən əminəm".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər