![469 əlil vətəndaş 34 min 75 reabilitasiya vasitəsi ilə təmin edilib](https://moderator.az/cphoto/670x420/2016/02/04/666334.jpg)
Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzi (Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 3) əlillərə xidmət göstərir. Müasir texnologiya əsasında protez-ortopedik məhsulların, reabilitasiya məmulatlarının istehsalı, diaqnostika və stasionar müalicəsi ilə məşğul olan müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir.
Transparency.az-a verilən rəsmi məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzi təkcə 2015-ci ildə 8 min 469 əlil vətəndaşı 34 min 75 reabilitasiya vasitəsi ilə təmin edib: “Əlil şəxslər mərkəzdən dövlət hesabına yuxarı və aşağı ətraf protezi, yuxarı və aşağı ətraf ortezi, bandaj məmulatı, bel nahiyəsi üçün korset, dirsəkaltı ağac, dördayaqlı dayaq vasitəsi, döş vəzisi protezi, əsa, ortopedik aparat, ortopedik ayaqqabı, protez ayaqqabı, qoltuqaltı ağac, reabilitasiya vasitəsi, o cümlədən əlil arabası, əlil arabası üçün yastıq, eşitmə aparatı əldə edə bilər. Məsələn, əlil arabası ilə təmin olunmaq üçün vətəndaş Protez-Ortopedik Bərpa Mərkəzinə və ya onun filiallarına şəxsiyyət vəsiqəsini, tibbi-sosial ekspert komissiyasının əlil arabasına aid qərarını, əlillik dərəcəsini təsdiq edən sənədi, öz koordinatlarını təqdim etməlidir”.
Mərkəzin direktoru Asif Məcidov deyib ki, əlillərin reabilitasiya vasitələri ilə təmin olunması növbəli şəkildə həyata keçirilir: “Bunun üçün mərkəz özü də daim əlillərlə əlaqə saxlayır. Əlil vətəndaşların elektron informasiya bazası onlarla daha asan və operativ əlaqə yaratmağa imkan verir”.
Direktorun bildirdiyinə görə, mərkəz əlillərə qayğını yüksəltmək üçün 2014-cü ildən səyyar xidmətlərə başlayıb: “Həmin il səyyar xidmətlər ayda bir dəfə təşkil edilirdi, 2015-ci ildən iki dəfəyə keçdik. Səyyar xidmətlər zamanı rayonlarda xəstələrlə görüşür, yerində müayinə aparır, ləvazimat gərək olduğu halda ölçü götürürük. Əgər xəstəyə protez və ya digər zəruri avadanlıq təyin edilirsə, hər birinə fərdi yanaşılır”.
Asif Məcidov qeyd edir ki, səyyar xidmətlər əlil təbəqəni bölgələrdən paytaxta gəlib-getmək əziyyətindən xilas etmək məqsədilə təşkil edilib: “Bu işdə mərkəzə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları, əhalinin sosial müdafiəsi mərkəzləri dəstək verir. Yəni əlil şəxslər həm mərkəzlər, həm də tibbi-sosial ekspert komissiyaları vasitəsilə məlumatlanıb Protez-Ortopedik Bərpa Mərkəzinin təşkil etdiyi səyyar xidmətlərdən yararlana bilər. Elektron informasiya bazası əsasında xəstələrlə təmas qurulur, əvvəlcədən gün, yer təyin edilir, xəstələr həmin ünvana dəvət olunur”.
Protez-Ortopedik Bərpa Mərkəzinin baş mühəndisi Elmira Əsədovanın dediyinə görə, paytaxtda yaşayan əlillərin reabilitasiya vasitələri də müəssisənin hesabına ünvanlara çatdırılır: “Xidmətimizə ehtiyacı olan əlil vətəndaşın mərkəzə gəlmək imkanı yoxdursa, ona öz hesabımıza kömək edirik”.
Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində 60 çarpayılıq stasionar məntəqə fəaliyyət göstərir. Məntəqənin əsas xəstə kontingenti aşağı və yuxarı ətrafları amputasiya olunan və ya onurğa beyni zədələnən əlillərdir. Burada dayaq-hərəkət sistemi pozulan bütün kateqoriyalı əlillərin protezləşməsi, protezə hazırlıq və fiziki reabilitasiya müalicələri aparılır, dərman və fizioterapiya müalicələri həyata keçirilir.
Stasionar məntəqənin baş həkimi Şəmsəddin Xudaverdiyev deyib ki, reabilitasiya müalicəsi üzrə xəstələrə müddət təyin edilmir: “Elə xəstələr var ki, onun protezi bir ay ərzində hazırlanır. Amma diabet xəstəsi, yaşı çox olan ağır xəstələrin müalicəsi uzun çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bütün reabilitasiya mərkəzləri kimi burada da dövlət hesabına xidmət yalnız əlillərə şamil olunur. Digər vətəndaşlara xidmət pulludur. Əlillər məntəqədə qida və dərman preparatları ilə təmin edilir. Xəstələrin məntəqəyə gətirilməsi və evə köçürülməsi ilə briqada məşğul olur”.
Qeyd edək ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə sonuncu dəfə 2015-ci il dekabrın 30-da təsdiq edilib. Əsasnamə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemini təkmilləşdirməyə yönəlmiş prezident fərmanı əsasında yenilənib.
Yeni qanunvericilikdə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər və digər müddəalar yer alıb.
Əlillərin protez-ortopediya məmulatları, reabilitasiya vasitələri ilə təmin edilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən həyata keçirilir.
ПоделитьÑÑ "Protez-Ortopedik Bərpa Mərkəzində"
- 0
![Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi](https://moderator.az/photo/213x120/2024/07/27/1722083013_47.jpeg)
![Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722082644_46.jpg)
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)