İqtisadiyyat
2282
19 Jan 2016 | 23:46

"Xarici investisiyaların təşviqi ilə bağlı paket qəbul olunmalıdır "

İxracatın stimullaşdırılması və xarici investisiyaların təşviqi ilə bağlı paket qəbul olunmalıdır. 

Moderator.az saytı xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. Q.İbadoğlunun sözlərinə görə, cari problemlərin sistemsiz həllinə yönələn ayrı-ayrı dəyişikliklərin birlikdə və uzun müddətli dövrdə əhəmiyyətli nəticələrə gətirəcəyi şübhə doğursa da, ümumilikdə parlamentin də bu müzakirəyə qoşulmasını müsbət dəyərləndirirəm. Qəbul edilən qərarlar arasında bəziləri hökümətin hələ də inzibati tənzimləmə çərçivəsinə üstünlük verdiyini deməyə əsas verir. Onlar arasında ən çox narahatlıq doğuranı kapitalın hərəkətinə nəzarətin gücləndirilməsidir.

Kapitalın hərəkəti xarici investorlar üçün həsas məsələdir, xaricdən ölkəyə sərmayələrin cəlbinə əngəl yarada bilər. Onsuz da ötən il milli iqtsiadiyyata kapital qoyuşuşu azalıb.

Əslində gözləntilərimiz ixracatın stimullaşdırılması və xarici investisiyaların təşviqi ilə bağlı paketin qəbulu idi. Çünki, hazırda ölkənin ən çox ehtiyacı əlavə maliyyə qaynaqlarının yaradılması və ölkəyə valyuta gətirilməsinə nail olunmasıdır.

Bunun üçün isə ilk növbədə İnvestorlar üçün zəmanətlərə hüquqi təminatlara vermək lazımdır. Bura aşağıdakı hüquqların təmin olunması daxildir:


1) Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış;


2) Qanunla icazə verilən və tənzimlənən tərzdə korporativ qurumların nəzdində olan bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq;

3) Milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin milli təhlükəsizlik səbəblərindən zəruri olduğu halda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanət;

4) Qanunla tələb olunan vergilərin və digər ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürülməsinə zəmanət;

5) Münaqişələri ədalətli və müstəqil olan yerli məhkəmədə həll etməyi və ya yerli, yaxud beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək hüququna zəmanət.


Odur ki, Milli Məclis:


- İnvestorların hüquqlarının siyahısını və ya investorun təmin edilmiş hüquqi müdafiəsini əks etdirən xarici investisiyalar haqqında yeni qanun qəbul etməlidir;


-- Özgəninkiləşdirmənin tətbiqini ciddi surətdə məhdudlaşdıran və tənzimləyən, həmçinin özgəninkiləşdirmə halında ədalətli kompensasiyanı təmin edən xüsusi qanunvericilik işləyib hazırlamalıdır;


- Milliləşdirmə, rekvizisiya və ekspropriasiya ilə bağlı təminatlar verməlidir.


Hökümət:

- Arbitraj Qərarlarının Qəbul və İcra Edilməsi haqqında Birləşmiş Millətlər Konvensiyası, Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi və İƏİT-in Beynəlxalq İnvestisiyalar və Çoxtərəfli Müəssisələr Haqqında Bəyannaməsi kimi investor hüquqlarının, mülkiyyət hüquqlarının qorunmasını dəstəkləyən çoxtərəfli müqavilə və sənədləri imzalamalıdır;

-İnvestisiya müdafiəsinin və zəmanətlərinin təsvir edildiyi ikitərəfli və çoxtərəfli investisiya razılaşmalarını işləyib hazırlmalıdır.  
Link kopyalandı!
Son xəbərlər