Əyyub və Sənəm dastanı...
Ədəbiyyat
4091
24 Dec 2015 | 22:19

Əyyub və Sənəm dastanı...

AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Əyyub və Sənəm”x9d  dastanını təqdim edirik:
                 




I Hissənu buradan oxumaq olar---moderator.az/news/111583.html

...Vidalaşarkən Əyyub yolda yığdığı çiçəkləri sevgilisinə verəndə “Arasında məktub var”x9d deyir. Sənəm çiçəkləri qoxlayıb sağollaşır və yaraşıqlı qəmər atın yəhərinə qalxır. Baxışlar yenidən qarşılaşır. Əyyub pərişan halda başını tərpətməklə razılığını bildirir.  
At minməkdə məharətli olan Sənəm Qəmərin qantarğasını tərpədir. At sahibinin istəyini duyub, yerindən quş kimi sıçrayaraq, irəli cumur. İstisuyun qarşı tərəfindəki Sallanan bulağa çatanda Sənəm cilovu çəkir, qanrılıb çiyni üstdən Əyyuba sarı boylanır. Görür, Əyyub hələ də məlul-məlul dayanıb onun dalınca baxır. Atın üstündən əl eləyir, Əyyub da əlini yelləməklə cavab verir.
Sənəm yaylağa çatanda elə atın belindəcə xəlvətə çəkilir, məktubu açıb oxumağa başlayır. Əyyub belə yazmışdı:  
 
Sən də mənim kimi yaşatmısanmı
Pıçıltıda can, başına dolanım?! 
Gündə bircə saat qayğımı sən çək, 
Qalan vaxtı mən başına dolanım! 
 
Qız sevgilisi ilə üz-üzə danışırmış kimi məktubu oxuduqca hər bənddən sonra cavab bəndini də pıçıldayır: 
 
Çiçək verdin, “əmi”x9d dedim, incidin, 
Oldu belə hal, başına dolanım. 
Ölçüb-biçib cavabımı deyirəm, 
Elçi göndər, al, başına dolanım.

Əyyub: 
 
Əllərimi əllərindən üzmürəm, 
Çiçəkləri tellərinə düzmürəm, 
Yaxınlıqda həsrətinə dözmürəm, 
Uzaqlaşma sən, başına dolanım! 
 
Sənəm:
 
Adımı, yerimi-yurdumu bildin, 
Bu görüş yerinə bir də gəl dedin. 
Sallanan bulaqda yarpız istədin, 
Səni çəkdi xal, başına dolanım. 
 
Əyyub: 
 
Adım da bağlandı sənin adına, 
Yad oldummu yaddaşına-yadına?! 
Can evimdə bu can tapan oduna 
Əyyub kimi yan, başına dolanım! 
 
Sənəm: 
 
Baxta şükür, Yaradanın baxtıdı, 
Qurduğun taxt Sənəminin taxtıdı. 
Sizin bu dağların yaylaq vaxtıdı, 
Gəl qonağım ol, başına dolanım. 
 
Sənəm obaya çatıb atdan düşdü. Qonşu çadırdan çıxan kişi atın yəhərini alıb, otlağa buraxdı. Sənəm öz alaçığına girib, gizlicə Əyyuba məktub yazdı. Etiraf etdi ki, ona ürək qızdırır və yolunu gözləyəcək. Bilirdi ki, aran rayonlarından gəlib-qayıdan yük maşınları “İstisu”x9d kurortuna buraxılmasa da, Əyyubun yaşadığı Məmmədsəfi kəndindən keçir. Sənəm saçından bir tel qoparıb məktubun arasına qoyaraq, ağzını bağlayır. Fürsət tapıb, obanın yaxınlığından keçən yola çıxır. Görür zümzümə eləyə-eləyə bir atlı gəlir. 
Dağların füsunkar gözəlliyi bu yol adamını coşdurmuşdu. O, məlahətli səslə astadan oxuyurdu: 

 
Gecə keçir, yuxum ərşə çəkilib, 
Ya Rəbb, bu əzabı verən bilirmi?  
Qəlbim od içində qovrulub yanır, 
O insafsız bunu, görən, bilirmi? 
 
Ömür birdi, arzu sansız, ay Allah, 
Məhəbbətin yolu sonsuz, ay Allah, 
Yaşaya bilmirəm onsuz, ay Allah, 
Məni bu yollarda yoran bilirmi? 
 
Qız pıçıltıyla öz-özünə deyir:
”“ Ciyəri yanmış necə də gözəl yazıb! Görəsən, kimin şeiridir?
Atlı həzin səslə öz aləmində davam eləyir: 
 
Əyyub nə bilsin ki, nələr var öndə? 
Divanədi görməyən də, görən də. 
Könlümün mülkünü yüz dəfə gündə 
Uçuran bilirmi, hörən bilirmi? 
 
Əyyub adını eşidən Sənəm diksinir, elə bil yuxudan ayılır və atlının qabağını kəsir.
”“ Qardaş, bağışlayın, oxuduğunuz bu qoşmanı hansı Əyyub yazıb? Maşallah, səsiniz də pis deyil.
 Â¬”“ Xanım, Əyyub mənim kəndçim və yaxın qohumumdur. Kəlbəcərin Məmmədsəfi kəndindənik, onun gözəl şairliyi var, “İstisu”x9dda işləyir.
Sənəm sanki göydə axtardığını yerdə tapmışdı. Qeyri-ixtiyari sevinc içində iki addım da atlıya yaxınlaşıb deyir:
”“ Qardaş, xahiş edirəm, bu məktubu Əyyuba çatdırın. Deyin ki, gündən sonra obamızda toyumuz var, o da gəlsin. 
Atlı xəbər alır: 
”“ Siz Əyyubu tanıyırsınız? Adınız nədir?
Qız cavab verir:
”“ Bəli, qardaş, tanıyıram, adım Sənəmdi. Sizi çox saxladım, bağışlayın, sizə yaxşı yol.
Oğlan ata qamçı göstərir, at götürülür. 
Hə əzizlərim, yolçu yol getməkdə, qız obaya qayıtmaqda olsun, indi görək yarından ayrılan aşiqin halı necə oldu.
Əyyub evlərinə gələndə toran düşmüşdü. Başını qatmaq üçün rəfdən Səməd Vurğunun seçilmiş əsərlərini götürdü. Açarkən təsadüfən Aşıq Şəmşirlə deyişmə səhifəsi qarşısına çıxdı. Deyişməni təzəcə oxuyub qurtarmışdı ki, at ayaqlarının tappıltısını eşidib qapıya çıxdı. Gələn qohumu Kamil idi. Kamil düşüb atı bağladı və dedi:
 ”“ Mənə nə verərsən sənə yaxşı bir hədiyyə versəm? 
Əyyub maraqla Kamilin üzünə baxdı və evə keçdilər. Əyyub yalvarıcı nəzərlərlə gözlərini Kamilin ağzına dikərək dedi:
 ”“ İndi deynən görək hədiyyən nədən ibarətdir?
”“ Muştuluq verməsən, deməyəcəyəm.
”“ Ay Kamil, muştuluğu xəbərin dəyərinə görə müəyyənləşdirirlər, bir de görək nə olub?
Kamil qoltuq cibindən məktubu çıxarıb Əyyuba uzadaraq “Sənəmdəndir”x9d dedi.
Elə bil Əyyubu ildırım vurdu. 
Bir anda fikirləşdi ki, görəsən, qız onun evlənmə təklifinə nə cavab verib? Əyyubun tutulduğunu görən Kamil dedi:
”“ Sevinmək əvəzinə niyə bu hala düşdün? 
Əyyub dedi:
 ”“ Səbəbi məktubun içindədir. Görəsən, Sənəm təklifimə hansı cavabı verəcək? 
Əyyub məktubu açanda arasında qatlanmış iri bir lalə ləçəyi gördü, əhəmiyyət verməyib mizin üstünə qoyub, məktubu oxudu və qəfil çevrilərək Kamili qucaqlayıb öpdü. Sonra gedib özünün geyilməmiş bir dəst kostyumunu və qatı açılmamış bahalı bir köynək gətirib, “Sağlığına qismət”x9d deyərək onun qarşısına qoydu. 
Kamil:
”“ Sağ ol, köynək bəsimdi, ”“ deyərək dəsti qaytardı. 
Əyyub məktubu təzədən oxudu. 
Kamil dedi:
 ”“ Zalım qızı çox gözəldi, dodağındakı xalı da ona çox yaraşır. Sənə lalə göndərməkdə məqsədi lalənin qara xalını öz xalına bənzətməsidir. 
Əyyub:
 ”“  Bağrı qan lalə ilə bağlı məhəbbət aləmində bir-birindən mənalı çoxlu söyləmələr var, ”“ deyərək gülün ləçəyini açanda “Aman Allah”x9d deyib qışqırdı. Sonra Sənəmin telini Kamilə göstərdi. 
Səhərisi gün Əyyub iş masasının üstündə toy dəvətnaməsi olduğunu gördü. Dostu Məmməd kişi onu Qaraarxac yaylağına nəvəsinin toy məclisinə dəvət edirdi. Bundan əlavə, Kamil də Sənəmin toy təklifini ona demişdi. Əyyub sevindi, çünki toyda Sənəmi görəcəyinə əmin idi. Deyilən vaxt beş nəfərlə Qaraarxaca yola düşdü. Onlar gələndə artıq toy başlanmışdı. Toyun aşıqları Aşıq Şəmşirin şagirdi Aşıq Xalıqverdi Həmidoğlunun dəstəsi idi. Qonaqlara mağarda yer elədilər, şıdırğı oyun gedirdi. Oyunçular meydandan çıxan kimi masabəyi növbəti oyunçuları çağırdı. Bunlar Reyhan xanımla qızı Sənəm idi. Oyun havası çalındı. Anası ilə oynayan Sənəm oyun havasına uyğun elə gözəl oynayırdı ki, çalğıçılar qızın oyunundan həzz alaraq havanı çox şövqlə çalırdılar. Bu zaman Aşıq Xalıqverdi oyun havasına uyğun “Olaydı”x9d rədifli bir qoşma oxumağa başladı: 
 
Sənsiz yaman darıxıram bu gecə, 
Yenə sən olaydın, çəmən olaydı. 
Birləşəydi ömrümdəki gecələr, 
Bir az uzanaydı, sənnən olaydı. 
 
Allah verən gözəl paydı gözəllik, 
Ömür yolda, sən sehrli, mən ləlik. 
Yola gəl, mənim ol sən birdəfəlik, 
Bu yolda nə duman, nə çən olaydı. 
 
Beləcə dolanaq: bir Əyyub, bir sən, 
Bir nəğməli bulaq, bir yaşıl çəmən. 
Bir mənim əllərim bir sənin sinən, 
Nə bir gələn, nə bir gedən olaydı. 
 
Məclisdəkilərdən kimsə “Nənəm sənə qurban, ay Əyyub!”x9d deyə ucadan qışqırdı. Masabəyi səs gələn tərəfə dönərək narazı halda başını tərpətdi və: “Xahiş edirəm səs salmayın”x9d, ”“ dedi. Oyun tamamlandı.  Reyhan xanımla Sənəm keçib öz yerlərində əyləşdilər. Reyhan xanım gördü ki, qızı İstisudan gələn qonaqlara çox baxır. Məclisdəkilərdən bir neçə nəfər aparıcıdan xahiş etdi ki, aşıq yenə Əyyubdan oxusun. Aşıq sazını oxuyacağı havaya uyğun kökləyib, görək bu dəfə Əyyubun hansı şeirini oxudu, biz deyək, könlünüz şad olsun: 

Bu gecə yuxuma düşmüsən yenə, 
Başım havalandı, halım dəyişdi. 
Açanda yaxanın düymələrini,  
Canım gizildədi, əlim gicişdi. 
 
Dolu dodaqların mənim olmuşdu, 
Canda olan varın mənim olmuşdu; 
Bütün ixtiyarın mənim olmuşdu, 
Nə yaxşı gəlmişdin, ”“ gözəl gəlişdi. 
 
Dedim, getmə, Əyyub səni daldalar, 
Gülüb dedin: ”“Anam bilər, qan salar. 
Ömrüm-günüm, olacaqdı olmalar, 
Oyananda ürəyimə xal düşdü. 
 
Söz tamama yetdi. Nişanlı bir oğlan gileylənə-gileylənə dilləndi:
 ”“  Qız analarının belə insafsızlığı canımızı boğazımıza yığıb.
Məclisdəkilər gülüşdü. Orta yaşlı bir kişi yüksək səslə dedi ki, ay oğul, analar düz edir. Analarımızın belə hərəkəti abır-ismətimizi qoruyur. Söhbətə başı qarışan Reyhan xanım qızına tərəf dönəndə aşkar gördü ki, Sənəmin bütün fikri-zikri qonaqlardadır. Ana hirslə qızının yanından bərk bir burmanc götürdü. Sənəm diksinib anasına baxdı və: “Nə olub?”x9d  deyə xəbər aldı. Ana qızının üzünə tərs-tərs baxıb, asta səslə: “Sənin canına dərd olub, özünü ələ al”x9d, ”“ dedi. Sənəm suçunu başa düşüb dinmədi. 
Şənlik öz ləzzətiylə, axarıyla davam edirdi. Axşamtərəfi məclisdə olan ağsaqqallar aşıqdan “Abbas və Gülgəz”x9d  dastanını söyləməyi xahiş etdilər. Aşıq ustadnamə ilə dastanı danışmağa başladı.
Toy dağıldıqdan sonra Reyhan xanımla Sənəm məclisdən çıxıb öz çadırlarına getdilər. Yorulduqları üçün hərə öz yatağına uzandı. Reyhan xanım hiss elədi ki, qızı yata bilmir. Odur ki, soruşdu:
”“ Qızım, yatmısanmı?  
Sənəm cavab verdi:
 ”“ Bəli, ana, yatmışam. 
Reyhan xanım dedi:
”“ Yox, Sənəm, yatmamısan, ana-balayıq, dərdini mənə danış.
Sənəm qərara gəldi ki, vəziyyəti olduğu kimi anasına danışsın. Utana-utana sözə başladı:
 ”“ Ana, məni istəyirlər, onsuz da sənə deyəcəkdim. Sən də atamla danışarsan, məsləhət bilsəniz, elçi gələrlər. 
Reyhan xanım:
 ”“ Aaaz, yoxsa sevgilin İstisudan gələn qonaqlardan biridir? Gördüm ki, onlara tərəf ağzı açıla qalmısan. Onlar beş nəfər idi. Üçü sənin tay-tuşun deyildi. Qalan iki nəfərin biri zənciyə oxşayır, o biri də arıq mütrüfün biri. Olmaya, elçini zənciyəoxşardan gözləyirsən?
Sənəm cavab verdi:
 ”“ Anacan, o, zənci deyil, yaxşı oğlandı, çox yaxşı oğlandı, ana.
Reyhan xanım dedi:
”“ Qızım, ağlını yığ başına, o mütrüf zənci sənin tayın deyil.
Sənəm bir az da zarafatyana cavab verdi:
”“ Ana, insanlıq qaralıqda, ağlıqda deyil, bir də axı, gözəl deyiblər: ağ ayranı itə, qara kişmişi cibə tökərlər. Dayımın canı haqqı, atamın canına and olsun ki, o, yaxşı oğlandı. Düzdür, qıza belə sözlər danışmaq yaraşmaz! Amma onu bütün varlığımla sevirəm. Atamla danış, gör nə deyir. Razı olmasanız, məni qaçırda bilər. 
Reyhan xanımın, elə bil, canına üşütmə düşdü, bərk narahat oldu. Fikirləşdi ki, qız qoşulub qaçar, el içində biabır olarlar. Ona görə bir qədər yumuşalb dedi:
”“ Nə deyirəm, özün bilərsən, arana qayıdanda  atanla danışıb elçiliyə razılıq verərik. Gecə keçir, yorğanı çək başına, yat.
Bu sözü eşidən Sənəm qalxıb sevincək anasını möhkəm qucaqlayıb öpdü və görək ona nə dedi:  
 
Sənə qurban olum, ana, 
Yolumdan döndərmə məni. 
Bağışla qismət Yazana, 
Yolumdan döndərmə məni. 
 
Reyhan xanım: 
 
Getdiyin yol qorxuludu, 
Bu yol sənin deyil, qızım. 
Ölkə oğlanla doludu, 
Bu yol sənin deyil, qızım. 
 
Sənəm: 
 
Ölərəm, yas saxlayarsan, 
Ana, məni ağlayarsan. 
Qara örpək bağlayarsan, 
Yolumdan döndərmə məni. 



 
Reyhan xanım: 
 
Söz yığaram yığın-yığın, 
Hədər gedər cavan çağın. 
Anana gəlsin yazığın, 
Bu yol sənin deyil, qızım. 
 
Sənəm: 
 
Xoş dinmişəm, üz vermişəm, 
Sənəm yanan köz vermişəm. 
Mən Əyyuba söz vermişəm, 
Yolumdan döndərmə məni. 
 
Reyhan xanım: 
 
Dilə gələni qız deməz, 
O sənin qədrini bilməz. 
Reyhan səni pis istəməz, 
Bu yol sənin deyil, qızım. 
 
Əyyub səhər tezdən dörd gözlə böyür-başına baxa-baxa bulaq üstə gəlib əl-üzünə su vurdu. O bilirdi ki, Sənəm səhəngini götürüb bulağa gələcək. Bir azdan gördü budur, sevgilisi gəlir. Kürreyi-ərz başına fırlandı. Qız bulağa çatanda götürdü görək dili tutar-tutmaz nə dedi və Sənəm ona necə cavab verdi: 
 
İstəsən gələrəm son nəfəsimdə, 
Ölmərəm, dözümü yenə saxlaram. 
Canımı verərəm, gərəyin olsa, 
Gərək bilsən, həmən günə saxlaram. 
 
Sənəm: 
 
Bilirəm ki, çiçəkləri sevirsən, 
İlin hər fəslində çiçək saxlaram. 
Nələr danışırsan, nələr deyirsən, 
Sənə gül olaram, ləçək saxlaram. 
 
Əyyub: 
 
Haqq olanı Haqqın özü düz görür, 
Vədə vaxtı ilqarına can verir. 
Nəyim varsa, səninkidir birbəbir, 
Elə bilmə özgəsinə saxlaram. 
 
Sənəm: 
 
Danışdım anama, qalmadı sənlik, 
Söhbətimiz yaxşı keçdi bu günlük. 
Dodağıma bal yığaram ömürlük, 
Durub qulluğunda pətək saxlaram. 
 
Əyyub: 
 
Yolunda talandan-talan Əyyubu, 
Arxanca min haray salan Əyyubu, 
Dərdindən divanə olan Əyyubu
Heç kimə vermərəm, sənə saxlaram. 
 
Sənəm: 
 
Səninlə səslənən bir adım olsun, 
Adın adım üstə imdadım olsun; 
Qoy bizi Yaradan şahadım olsun, 
Sənəmi Əyyuba mələk saxlaram. 
 
Onlar gələcək həyatları barədə xeyli danışıb ayrıldılar. Əyyub İstisuya qayıtdı. Aradan bir həftə keçdi. Sənəm Əyyuba məktub yazdı. Bildirdi ki, yaxın günlərdə arana köçəcəyik.  Vaxtın varsa, gəl görüşək. Məktubu əmisi qızı Gövhərə verib, onu İstisuya yola saldı. Gövhər yolların damarını qırıb İstisuya çatıb Sənəmin məktubunu Əyyuba yetirdi. Əyyub axşam atlanıb Sənəmin görüşünə yollandı.
Aylı bir gecə idi. Təbiətin gözəlliyi, səmanın nuru, elə bil, onların görüşündən riqqətə gəlmişdi. Çöl-çəmən al-əlvan xalıya dönmüşdü. Görüş yeri bulağın yaxınlığındakı təpənin dalında idi. Gəncliyin çılğınlığı, Sənəmin gözəlliyi onu çaşdırdı. Əyyub heç özü də gözləmədiyi halda qızı qucaqlayıb öpmək istədi. Sənəm onu hirsli-hirsli sinəsindən geri itələdi. Getmək üçün ayağa qalxanda Əyyub yalvar-yaxar elədi ki, onu bağışlasın və aldı görək Sənəmi necə dilə tutub, könlünü almağa çalışdı: 
 
Ardı var...
Link kopyalandı!
Son xəbərlər