Bizi sosial şəbəkələrdən izləyin:
"Həqiqətən tarixdən həmişə ibrət götürmək lazımdır. İki il müddətdən çox vəzifədə olmuş dövlət başçılarının heç vaxt uğurunu görmədim. Bizə doğma olan Türkiyədə Rəcəb Tayyib Ərdoğan iki müddət Baş Nazir kimi ölkəsinə çox fayda verdi. Sonrakı illər isə Türkiyəyə ancaq problemlər gətirir. V.V.Putin isə Prezident olduğu iki müddətdə çökmüş Rusiyanı dirçəltdi. Sonrakı illər isə etdiklərini tam itirdi və özünü bu günkü duruma saldı. Bu gün onun müsahibəsini diqqətlə izlədim və onun nə qədər çarəsiz, çıxılmaz vəziyyətdə olduğunu gördüm. Putinin hər il keçirdiyi müsahibələrinə baxmışdım, ancaq onu heç vaxt belə çaşqın, karıxmış görməmişdim. Ona görə deyirlər ki, insanın özü özünə etdiyi pisliyi heç kim edə bilməz".
Aslan İsmayılov, tanınmış hüquqşunas