“Türkiyə ilə bağlı sanksiyalar Rusiyaya daha çox ziyan vurur”
Gündəm
5260
16 Dec 2015 | 12:41

“Türkiyə ilə bağlı sanksiyalar Rusiyaya daha çox ziyan vurur”

Bugünlərdə Kreml Türkiyəyə qarşı mövcud sanksiyalaın siyahısını genişləndirəcəyini bildiirib.

Maraqlıdır, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi və ya edəcəyi sanksiyalar türk iqtisadiyyatına ciddi mənada ziyan vura bilərmi? Bu sanksiyaların zərəri Türkiyə, yoxsa Rusiya üçün daha çox olacaq?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın məlum siyasətinin onun özünə hər kəsdən daha çox ziyan vurduğuna diqqət çəkdi:

“Türkiyə ilə bağlı sanksiyalar Rusiyaya daha çox ziyan vurur. Bu sanksiyaalrın ağrısını sadə rus vətəndaşları çəkir. Anti-Türkiyə sanksiyaları Türkiyəyə 1-2% ziyan vurursa, bu sanksiyaların ziyanının 98%-ni Rusiya tərəfi çəkməli olur. Odur ki, Rusiyanın bu cür siyasətlə nəyəsə nail olması mümkün deyil. Bu, boş, mənasız, Rusiyanın öz əleyhinə işləyən siyasətdir”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər