“Türkiyə və Azərbaycan erməni məkrinə qarşı birləşməlidir”
Gündəm
4696
14 Dec 2015 | 13:00

“Türkiyə və Azərbaycan erməni məkrinə qarşı birləşməlidir”

Son günlər Rusiya-Türkiyə gərginliyi fonunda ermənilərin əhəmiyyətli dərəcədə fəallaşması, həm Naxçıvana, həm də Türkiyənin Qars, Diyarbəkir və s. şəhərlərinə qarşı ərazi iddiaları ilə çıxış etməsi müşahidə edilir. Maraqlıdır, ermənilərin bitmək bilməyən ərazi iddiaları və təxribatlarına qarşı mübarizə məqsədi ilə Azərbaycan və Türkiyə öz səylərini birləşdirməlidirmi? Erməni məkri və təxribatlarına qarşı iki dövətin mübarizəsinin koordinasiyalı şəkildə təşkilinə ehtiyac varmı?

Məsələ ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Elman Məmmədov Türkiyə və Azərbaycanın bu müstəvidə birgə fəaliyyətinin zəruri olduğunu vurğuladı. Millət vəkilinin sözlərinə görə, belə bir fəaliyyətin vacibliyini bugünə qədərki tarixi olayların analizi də sübut edir:

“Ermənilərin torpaq iddiasına qarşı Türkiyə və Azərbaycanın birgə mübarizə aparması, bu mübarizəni koordinasiya etməsinə ehtiyac var. Bu, olduqca vacib bir məsələdir. Tarixdə bununla bağlı çoxlu faktlar var ki, bu faktlar erməni təhlükəsinə ciddi yanaşmağı tələb edir. Dərbənd qalasını ruslar işğal edəndə, bu qalanın sirlərini ruslara gizli şəkildə ötürən ermənilər oldu. Irəvan qalasının ruslar tərəfindən alınmasında bu qalanın sirlərini, müdafiə qüdrətini, su yollarını bilən ermənilərin verdiyi informasiya mühüm rol oynadı. I Dünya müharibəsi zamanı Türkiyə bir neçə cəbhədə savaşdığı zaman dinc türklərə qarşı qırğın həyata keçirən də ermənilər oldu. Onlar qadınları, qocaları, uşaqları qətlə yetirdilər, dövlətə arxadan zərbə endirdilər.

Ermənilərin təbiətində pusquda durub, marığa yatıb fürsət gözləmək var. Məkr, hiylə ermənilərin təbiətindədir. Bu gün Rusiya və Türkiyə arasındakı münasibətlərin gərginləşməsi zəminində ermənilər yenidən fəallaşıblar. Onlar ərazı, soyqırım iddiaları səsləndirir, təmas xəttində, sərhəd rayonlarında müxtəlif təxribatlar həyata keçirməyə çalışırlar. Hesab edirəm ki, hər bir dövlət, hər bir millət çalışıb özünü erməni məkrindən qorumağı bacarmalıdır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında bu məsələdə də birlik və həmrəyliyin olması vacibdir”.

 

Seymur Əliyev

 

 

 

Link kopyalandı!
Son xəbərlər