Rəhman Hətəmov vitse-prezident təyin edildi
Cəmiyyət
2227
14 Dec 2015 | 11:13

Rəhman Hətəmov vitse-prezident təyin edildi

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.
 
Federasiyadan Moderator.az-a verilən məlumata görə, milli komandanın baş məqçisi Rəhman Hətəmov 1-ci vitse-prezident təyin olunub.
 
Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir. Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev daxildir.
 
Həmçinin, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov da idarə heyətində təmsil olunur.  
Link kopyalandı!
Son xəbərlər