Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. "Qarabağ" doğma meydanda "İnter"i qəbul edib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu ("Azərsun Arena") keçiriləcək qarşılaşmadan əvvəl polislərlə ev sahibi komandanı dəstəkləyən "Qarabağ ordusu" fan-klubunun üzvləri arasında mübahisə yaranıb.
Belə ki, “Günəşli” neft yatağında baş verən faciə ilə bağlı azarkeşlər banner açmaq istəsə də, polis buna mane olmaq istəyib. Lakin fan-klub rəhbəri Elvin Süleymanovun müdaxiləsindən sonra polislər komandirlərindən icazə almalı olduqlarını bildirib. Həmin şəxs isə bannerdəki yazını gördükdən sonra maraqlı sual verib: "32-ni başa düşdük, bəs 9 milyon nədi?" Ona 9 milyonun azərbaycanlı olduğunu başa saldıqdan sonra isə o, banner açılmasına razılıq verilib.(futbolinfo.az)