SOCAR: Neftçilərin xilas edilməsi davam edir -  YENİLƏNİB
Cəmiyyət
1796
05 Dec 2015 | 15:49

SOCAR: Neftçilərin xilas edilməsi davam edir - YENİLƏNİB

Saat 14:10-a olan məlumata görə, "Günəşli" yatağındakı 10 saylı platformadan təxliyyə edilməyən yalnız 5 nəfər qalıb. Digər dənizçilər isə artıq təxliyyə edilib.
***
"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib". Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.
Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.
Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".
Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: "Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir".
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.
Link kopyalandı!
Son xəbərlər