Bizi sosial şəbəkələrdən izləyin:
Akif Çovdarovun əsas adamlarından biri, "pul yığanı" kimi tanınan Pərviz haqqında ölkə.az-ın redaksiyasına məlumat daxil olub.
Məlumata görə, ağdamlı Pərviz kimi tanınan şəxs MTN cinayət şəbəkəsinin "qara işlərini" görən, yəni obyektlərdən pul yığmaqla məşğul olan şəxslərdən biri olub.
Məlumatda bildirilir ki, adı bu işlərdə rəsmən hallanmasa da, Pərvizi bütün iş adamları Çovdarovun köməkçisi kimi tanıyırmışlar.
Pərvizin xərac yığma bölgələri qızıl və zinət əşyalarının satış mərkəzləri və "Topaz"lar olub. Pərvizi tanıyan mənbə bildirir ki, o, həmçinin qanunsuz fəaliyyət göstərən qumarxanalardan yığılan pullara da cavabdeh olub.
Akif Çovdarovun kassiri ağdamlı Pərvizin soyadı və MTN-də tutduğu rəsmi vəzifəni dəqiqləşdirməyə çalışırıq. Hazırda əməkdaşlarımız bu istiqamətdə araşdırma aparırlar və əldə etdiyimiz məlumatları sizinlə bölüşəcəyik.