Gündəm
5635
06 Nov 2015 | 14:56

"İranpərəst saytlar, televiziyalar bağlanmalı, məscidlər nəzarətə götürülməlidir"

"Son MTN əməliyyatlarının üzə çıxardığı nəticələrə və gördüyümüz rüşvətxorluğa istinad edib deyə bilərəm, Azərbaycan dövlət strukturlarında elə bir immunitet zəifliyi yaranıb ki, istənilən ziyanlı qüvvələrin burada toxum qoyma imkanı var. Bu mənada xalqımızın və dövlətimizin düşməni, qatil fars rejimi ilə idarə olunan İran dövlət xəfiyyələri rüşvət vasitəsi ilə burada asan hərəkət edə, özünə tərəfdar yığa bilir".

Bunu Moderator.az-a açıqlamasında tanınmış yazıçı Murad Köhnəqala bildirib.

Murad Köhnəqala deyib ki, sözügedən tərəfdar məsələsinə təkcə beyni yuyulmuş küt dinradlar yox, həm də yeni yaranmış çoxlu sayda saytlar, televiziyalar, qəzet və jurnallar daxildi: "Hiss etdiyim budur ki, son dövrlər İran agenturası gizli maddi ötürmələri ilə ölkəmizdə özünü demokrat adlandıran bir çox partiya və təşkilatların sədrlərini və funksionerlərini də özlərinə tərəfdar etmişlər. Eləcə də bütün İrantəmaüllü məscidlərimizdə dövlətimiz əleyhinə gedən təbliğatlar nəzarətsiz buraxılıb. Mikrofondan bağırma azanları ölkəni başına götürüb. Bir yandan da yararsız təhsilimiz, bəzəkli kartonlar üstünə diplom sözü yazıb satan qurama universitetlər, satqın televiziyalarımız dayanmadan cahil nəsil yetişdirməkdədi. Çıxış yolunu rüşvətxorluğun və savadsızlığın aradan götürülməsi istiqamətində ciddi rejim yaratmaqda, İran təmayüllü saytların, televiziyaların bağlanmasında, məscidlərin nəzarətə götürülməsində, yeni-yeni mütərəqqi fikirləri, ideyaları təbliğ edən sayt və telekanalların açılmasında və sairədə görürəm".

Link kopyalandı!
Son xəbərlər