İdman
2143
31 Oct 2015 | 22:15

"Qarabağ" AZAL-a qalib gəldi

"Qəbələ" - "Kəpəz" matçı dayandırıldı.

Bu gün Azərbaycanın futbol üzrə Topaz Premyer-liqasının 11-ci turunun üç matçı keçirilməli idi.

Yekunda iki matç baş tutsa da, "Qəbələ" - "Kəpəz" oyunu dumanla əlaqədar yarımçıq saxlanıldı.

Matç sabah oynanılacaq. Hələlik "Kəpəz" 1:0 hesabı ilə öndədir. 

"İnter" - "Zirə" matçında hesab açılmayıb. "Qarabağ" və AZAL-ın görüşündə isə Qurban Qurbanovun yetirmələri qələbəni bayram ediblər.

Qolları Əfran İsmayılov və Raydel Pupon vurublar.

Turnir cədvəli:

1. "Qarabağ" - 26 xal (11 matç)
2. "Qəbələ" - 21 (10)
3. "İnter" - 19 (11)
4. "Zirə" - 18 (11)
5. "Kəpəz" - 15 (10)
6. "Sumqayıt" - 11 (10)
7. "Neftçi" - 10 (10)
8. "Xəzər-Lənkəran" - 9 (10)
9. AZAL ”“ 8 (11)
10. "Rəvan" - 2 (10)
Link kopyalandı!
Son xəbərlər