U-17 millimiz növbəti oyununu keçirib
639
27 Oct 2022 | 21:33

U-17 millimiz növbəti oyununu keçirib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. 

Qrupun digər görüşündə Ukrayna Lixtenşteyn üzərində qələbə qazanıb (7:0). 

Qeyd edək ki, U-17 millimiz ilk turda Ukraynaya 2:5 hesabı ilə uduzub. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər