Bizi sosial şəbəkələrdən izləyin:
1 noyabr seçkiləri yaxınlaşarkən, MHP sədri Devlet Bahçeli ilk mitinqini sabah İstanbulda edəcək.
Təhlükəsizlik riski və seçkiyə qısa müddət qaldığı üçün mitinqlərini 3 böyük şəhərlə məhdudlaşdıran MHP lideri, keçən həftə bazar günü etməyi planladığı İzmir mitinqində, Ankaradakı hücum görə təxirə salmışdı. Mövzunu öz içində müzakirə edən MHP, mitinqləri təxirə salmağı terrorun qorxuya salmaq hədəfinə çatmağı mənasına gələcəyi səbəbiylə, mitinq proqramına bu həftədən etibarən davam etmək qərarı alıb. Bu mənada Bahçeli, sabah İstanbulda meydanlara enmiş olacaq.
2 min ülkücü təhlükəsizlik işinə qoyulub
Yenikapıda sabah saat 16:00-da "Böyük İstanbul Görüşü" adı altında keçiriləcək mitinq əvvəli, başda İstanbul şəhər təşkilatı olmaqla bütün partiya təşkilatı hərəkətə keçirilib. Mitinq sahəsində bombalı hücum ya da təxribat ehtimalına qarşı, təhlükəsizlik qüvvətləri ilə təmasa keçən MHP İstanbul Şəhər Təşkilatı, təhlükəsizlik qüvvətlərinin aldığı tədbirlərin xaricində ayrıca öz təşkilatlarını dövrəyə soxub. MHP İstanbul Şəhər sədri Mehmet Bülent Karataş, "İstanbuldakı mitinqi reallaşdıracağıq. Polis lazımlı tədbirləri alacaq. Buna əlavə olaraq idealist gənclərimizin 2 min nəfəri vəzifələndirdilər. Respublika və İstanbul tarixinin ən böyük mitinqini reallaşdıracağıq" deyib.
İkinci görüş yeri Ankaradır
MHP lideri Bahçeli, 25 oktyabrda isə Ankaralılarla görüşəcək. Bunların xaricində seçkiyə qədər başqa şəhər mitinqi planlamayan Bahçelinin, bəzi şəhərlərdə salon yığıncaqları etməsi gözlənilir.