Azad edilmiş ərazilərdə daha 149 mina aşkarlanıb
Qarabağ
1522
08 Jun 2026 | 11:00

Azad edilmiş ərazilərdə daha 149 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (01.06.2026-07.06.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 48 piyada əleyhinə mina, 101 tank əleyhinə mina, 412 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1 545,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər