Azad edilmiş ərazilərdə daha 203 mina aşkarlanıb
Qarabağ
277
14:07, Bu gün

Azad edilmiş ərazilərdə daha 203 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.02.2025 – 22.02.2025) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 175 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 796 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1.616,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər