Azad edilmiş ərazilərdə daha 105 mina aşkarlanıb
Qarabağ
119
15:02, Bu gün

Azad edilmiş ərazilərdə daha 105 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.02.2026-08.02.2026) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 97 piyada əleyhinə mina, 8 tank əleyhinə mina, 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 669,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Link kopyalandı!
Son xəbərlər