Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı
Qarabağ
2185
19 Jan 2026 | 15:23

Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.01.2026 - 18.01.2026) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 63 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 253 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Qeyd olunub ki, 508,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər