QHT əməkdaşı Ağdərədə minaya düşdü - Ayağı amputasiya olundu
Qarabağ
1993
11 Jan 2026 | 14:47

QHT əməkdaşı Ağdərədə minaya düşdü - Ayağı amputasiya olundu

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
 
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Elvin Həmiddin oğlu Kərimov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
 
Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
 
Link kopyalandı!
Son xəbərlər